Millətinə qarşı empatiyanı tərk edənlərə nə desək də faydası yoxdur
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
"Burunlarının dibini görməkdən aciz olanlar bunu anlamaya bilər. "Türkiyənin Liviyada və ya Somalidə nə işi var?" deyənlər bu missiyanı başa düşməyə bilərlər".
Missiya.Az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən TÜBİTAK və TÜBA Mükafatları Mərasimində deyib.
"Türkiyənin necə dəyişdiyini bilməyənlər hadisələrin gedişatını anlamaqda çətinlik çəkə bilər. Onları öz səhvləri ilə baş-başa buraxırıq. Millətinə qarşı empatiyanı tərk edənlərə nə desək də faydası yoxdur. Biz onlarla vaxt itirməyəcəyik, diqqətimizi hədəflərimizə yönəldəcəyik. İnanıram ki, bu mübarək yolda üzərinizə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəksiniz. Siz gənclərimizi həvəsləndirərək və dəstəkləyərək 2053 və 2071 vizyonumuzun memarı olacaqsınız. Allah hamınıza kömək olsun", - Ərdoğan əlavə edib.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















