Icma.az
close
up
RU
Milli azadlıq savaşımızın qəhrəmanları Cavanşir Feyziyev yazır

Milli azadlıq savaşımızın qəhrəmanları Cavanşir Feyziyev yazır

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

20 yanvar xalqımızın taleyində tarixi bir dönüş nöqtəsidir. O həmişə gözlənilən idi. Çünki hələ ondan da 70 il əvvəl 28 aprel baş vermişdi. Ata-babalarımız 1920-ci ilin 28 aprel işğalı ilə heç cür barışa bilməzdilər. Odur ki, sovet rejiminin mövcud olduğu bütün 70 il ərzində itirilmiş müstəqilliyimizin bərpa olunması uğrunda mübarizə gizli və açıq şəkildə həmişə gedirdi.

Bu mübarizə 20-ci illərin “kolxozlaşdırılmasından”, 30-cu illərin repressiyalarından və 40-cı illərin deportasiyalarından keçmişdi. 50- 60-cı illərin kütləvi aclığı və 70-ci illərin iqtisadi durğunluğu 80-ci illərdə rejimin iqtisadi çöküşünə gətirib çıxarmışdı. Bu mübarizə həmişə milli dissident hərakatı ilə müşayiət olunmuş və sovet rejiminin mənəvi deqradasiyasından keçərək daha da mətinləşmiş, qətiləşmiş və milli azadlıq uğrunda siyasi-ideoloji müstəvidə möhkəmlənərək qarşısı alınmaz milli azadlıq savaşına çevrilmişdi.
Sovet İttifaqı yaranandan bəri imperiyaya qarşı baş qaldıran hər cür müqavimət dərhal məhv edilirdi. Belə bir müqavimətin möhkəmlənməməsi üçün 30-cu illərdə sovet höküməti işğal etdiyi bütün xalqların ziyalılarına qarşı qanlı repressiyalar həyata keçirmişdi. Azad fikir səsləndirməyə cürət edən, xalqın milli kimliyini hər hansı bir şəkildə xatırladan və önə çəkməyə cəhd göstərən on minlərlə sovet vətəndaşı və əsasən də ziyalı təbəqənin təmsilçiləri güllələnmiş və ya Sibirə sürgün edilmişdilər.
80-ci illərin sonlarına doğru imperiya mərkəzinin təhriki və bilavasitə dəstəyi ilə torpaqlarımızın mənfur qonşularımız tərəfindən işğal olunması və soydaşlarımızın öz ata-baba torpaqlarından zorla çıxarılması xalqı ayağa qaldırdı. Ermənistanda yaşayan soydaşlarımızın hüquqlarına təminat verilməsini tələb etmək üçün xalq Bakının küçə və meydanlarına axışdı. Həftələrlə davam edən dinc nümayişlər 1990-cı ilin 20 yanvar gecəsində o zamanadək misli görünməmiş bir qəddarlıqla yatırıldı. Avtomat silahlardan birbaşa dinc nümayişçiləri hədəfə alan rus qoşunları ağır silahlı texnika və tanklar üzərində bir neçə istiqamətdən hərəkət edərək Bakıya daxil oldular. Səhər saatlarına qədər davam edən qırğın nəticəsində 147 soydaşımız həlak oldu, yüzlərlə insan yaralandı. Gecə saatlarından etibarən şəhərdə komendant saatının tətbiq olunmasına və küçələrə çıxmağın qadağan edilməsinə baxmayaraq insanlar küçələrdən çəkilmədilər. Azadlıq meydanına sel kimi axışan xalq gecə qurbanlarının nəşini öz çiyninə alaraq şəhərin ən yüksək zirvəsinə – Şəhidlər Xiyabanına daşıdı.
20 yanvar hadisələrinin günahsız qurbanları bütün sovet xalqlarını azadlığa aparan yolun öncülləri idi. Onlar öz canlarını qurban verməklə təkcə bizim yox, sovet rejimi tərəfindən işğal altında saxlanan bütün xalqların milli azadlıq yoluna işıq saldılar.
Dinc nümayişçilərin gülləbaran edilməsinə qərar verən sovet rejimi isə elə həmin gecə özünün qəti iflasına qərar vermiş oldu. Qanlı 20 yanvar hadisələri rejimin ideoloji və mənəvi deqradasiyasının son həddi oldu.
Bu hadisələrdən sonra digər sovet respublikalarında da milli azadlıq mübarizəsi daha da gücləndi və İttifaq daxilində dezinteqrasiya prosesləri daha da sürətləndi. Sovet İttifaqının siyasi çöküşü məhz 20 yanvar hadisələrindən başladı və cəmi 1 il sonra 70 il ərzində bütün sivil dünyaya meydan oxuyan ən qəddar bir siyasi rejimin qəti iflasına gətirib çıxardı. Sovet İttifaqı süqut edərək dünyanın siyasi xəritəsindən birdəfəlik silindi, Azərbaycan xalqı isə öz azadlığına qovuşdu.
Bu gün həmin qanlı hadisələrdən 35 il ötür. Bu illər ərzində Azərbaycan heç bir keçmiş sovet respublikasında görünməmiş uğurlar və nailiyyələr əldə edib. 20 yanvar hadisələrinin ilkin səbəbi olan işğal faktı aradan qaldırılıb. Ölkəmizin bütün sərhədləri daxilində suverenliyimiz tam şəkildə bərpa olunub. Azərbaycan sabit şəkildə davamlı inkişaf edən və beynəlxalq arenada günü-gündən siyasi nüfuzu artan müasir və güclü dövlətlərdən birinə çevrilib. Tarixi inkişafımızın belə bir dövründə xalq öz qəhrəmanlarını daim yad edir və onların xatirəsini həmişə əziz tutur. Bu gün kütləvi şəkildə şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan xalqı 20 yanvar şəhidlərinin fədakarlığını heç zaman unutmayacaq. Allah şəhidlərimizə rəhmət etsin!

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Yanvar 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri