Icma.az
close
up
RU
Milli birliyimizə əsaslanan ideologiya...

Milli birliyimizə əsaslanan ideologiya...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycançılığın təbliği mühüm faktordur!

Milli-mənəvi dəyərlər, zəngin tarix hər bir xalqın dünyada tanınmasında mühüm rola malikdir. Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etmək, qoruyub saxlamaq, dövlət və vətəndaş mənafelərini sıx birləşdirən, gənclərdə vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan azərbaycançılıq ideologiyası ölkəmizdə vətəndaş birliyinin möhkəmlənməsi üçün əhəmiyyətli rol oynayır. Bu ideya özündə olduqca mühüm dəyərləri cəmləşdirir.

Belə ki, azərbaycançılıq ideologiyası xalqımızın tarixi, dili, mədəniyyəti və ənənələri fonunda milli kimliyin əsasını təşkil edir. Bu dəyərlərin qorunması və inkişafı azərbaycançılıq ideyasının təməl prinsipidir. Azərbaycanın müstəqilliyi və dövlət suverenliyinin qorunması bu ideyanın başlıca məqsədidir. Azərbaycançılıq qlobal dünyada milli maraqları qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığa açıq olmağı təşviq edir.

Təbliğat xaricdə də davam etdirilməlidir

Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov bildirib ki, Azərbaycan müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin birgə yaşadığı ölkədir. Onun sözlərinə görə, bu zənginlik azərbaycançılığın əsas elementlərindən biridir: “Azərbaycançılıq ideologiyasının təbliği yalnız ölkə daxilində deyil, həm də xaricdə həyata keçirilməlidir. Bu məqsədlə müəyyən istiqamətlərdə fəaliyyət göstərmək vacibdir. Dərsliklərdə azərbaycançılıq ideyasına xüsusi bölmələr ayrılmalı, milli dəyərlərimizi əxz etdirən müasir yanaşmalar tətbiq olunmalıdır”.

Azərbaycançılıq həmişəyaşar ideologiyadır...

Deputat qeyd edib ki, azərbaycançılıq ideologiyası xalqımızın siyasi, ictimai və iqtisadi sahədə tarixi ənənələrinin müasir zamanla uyğunlaşdırılması və onun xalqın gələcəyi naminə müasirləşdirmək istəyindən xəbər verir: “Azərbaycanda yaşayan xalqların bir yerdə azərbaycançılıq ideologiyasını yaşatması bu ideologiyanın tarixən formalaşan birlik və bərabərlik prinsipləri üzərində qurulmasından irəli gəlir. Xalqlarımızın tarixən, xüsusən də, müstəqillik dövrlərində keçdiyi inkişaf mərhələsi Azərbaycan tarixinin demək olar ki əsasını təşkil edir. Bir çox məhdudiyyətlərə, çətinliklə baxmayaraq dözüm göstərməsi, kənar qüvvələrin bölücülük fəaliyyətlərinə rəvac vermədən səbrlə, inamla qələbəyə doğru gedən yolda dövlətinin arxasında olması bir daha onu göstərdi ki, azərbaycançılıq ideologiyası həmişəyaşar ideologiyadır və bu günə kimi özünü doğruldub. Azərbaycançılıq hər bir azərbaycanlının yaşam fəlsəfəsinə çevrilib. Bu ideologiyanın doğruluğunun bariz nümunəsi şəhidlərimiz və qazilərimizdir. Azərbaycançılıq hansı xalqın nümayəndəsi, hansı dini inancın daşıyıcısı olmaqdan asılı olmayaraq, öz Vətənləri olan Azərbaycan uğrunda şəhid və qazi olmağa hazır olmaqdır. Dövlətimiz isə insanlarımızın sadiqliyini öz qayğı və diqqəti ilə əhatə edərək bu sədaqətə göstərdiyi ehtiramı yüksək dəyərləndirir”.

Milli maraqlarımızın müdafiəsində əsas platforma

N.Həsənov vurğulayıb ki, azərbaycançılığın gənclər arasında daha geniş yayılması üçün ictimai təşkilatların və layihələrin yaradılması böyük əhəmiyyət kəsb edir: “Vətənpərvərlik mövzusunda tədbirlər, seminarlar və gənclər düşərgələri bu istiqamətdə önəmli rol oynaya bilər. Azərbaycançılıq milli şüurun formalaşmasında həlledici faktordur. Bu ideologiya vasitəsilə cəmiyyət öz tarixi köklərini, milli dəyərlərini və dövlətçilik ənənələrini dərindən mənimsəyir. Həmçinin bu ideya xalqın birliyini möhkəmləndirərək, onun qarşısında duran çağırışlara daha güclü cavab verməyə imkan yaradır. Azərbaycançılıq, həm də ölkəmizin dünya arenasında daha güclü mövqe tutmasına xidmət edir. Azərbaycanın zəngin mədəni irsi və multikulturalizm ənənəsi dünya miqyasında tanıdılmaqla yanaşı, milli maraqlarımızı müdafiə etmək üçün əsas platforma kimi çıxış edir”.

Azərbaycançılıq gələcəyimiz üçün bələdçidir...

Deputatın sözlərinə görə, azərbaycançılıq ideyasının təbliği, milli kimliyimizi qorumaq və gələcək nəsillərə ötürmək baxımından həyati əhəmiyyət daşıyır: “Bu ideologiya yalnız keçmişimizin bir hissəsi deyil, eyni zamanda müasir dövrdə cəmiyyətimizin davamlı inkişafı üçün strateji vasitədir. Bu ideyanın geniş yayılması və təbliği üçün təhsil, media, mədəniyyət və beynəlxalq platformalarda fəal işlər görülməlidir. Beləliklə, azərbaycançılıq ideyası yalnız bir ideologiya kimi deyil, milli varlığımızın əsası və gələcəyimiz üçün bələdçi kimi möhkəmlənəcək”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see751

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see304

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see285

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see274

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see254

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see244

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see235

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see219

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see208

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see190

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see179

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see176

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see175

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri