Icma.az
close
up
RU
“Milli ideya daşıyıcıları arasında zəiflik göstərənlər və ya öncədən satqınlıq edənlər də olub, amma...”

“Milli ideya daşıyıcıları arasında zəiflik göstərənlər və ya öncədən satqınlıq edənlər də olub, amma...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Azərbaycanda da bu ideya artıq təşkilati forma tapanda, təbii ki, bu, Sovet xüsusi xidmət orqanlarının gözündən kənarda qala bilməzdi və onlar da milli hərəkatlara öz təsirlərini göstərməyə çalışdılar...”

“Bu, Nemət Pənahlının şəxsi fikridir və gəldiyi şəxsi qənaətdir. O, birinci dəfə deyil ki, ittihamlarla çıxış edir, ayrı-ayrı şəxslərə və təşkilatlara qarşı belə açıqlamalar verir. Lakin fikrimcə, real vəziyyət ondan ibarətdir ki, o zamanlar, yəni 1980-ci illərin sonunda Sovet İttifaqı böhran vəziyyətində, iqtisadi cəhətdən çökmüş bir durumda idi. Həmçinin ölkə daxilində ciddi siyasi gərginlik yaranmışdı və Moskva Qərb dünyası ilə rəqabətdə uduzmaq üzrə idi. SSRİ rəhbərliyi dəyişildikdən və  Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra  artıq həm iqtisadi, həm də siyasi sahədə islahatlara başlamaq təşəbbüsü ortalığa atıldı. Məqsəd həmin islahatlar nəticəsində iqtisadi dirçəlişə nail olmaq idi. Bunun üçün də insanlara müəyyən sərbəstliklər vermək lazım idi. Onlar əsasən iqtisadi azadlıqları nəzərdə tuturdular. Və bir müddət sonra isə müəyyən siyasi qadağa və məhdudiyyətlərin də aradan qaldırılması məsələsi gündəmə gəldi. Nəticədə bu durum SSRİ daxilindəki böhranı daha da genişləndirdi və həmin böhran əsasən milli regionları əhatə etdi. Çünki milli regionlar, müttəfiq respublikalar Rusiyanın nəzarətindən çıxmaq istəyirdi. Azərbaycan da bu sırada idi”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında AMİP-in fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov Nemət Pənahlının son açıqlamalarında Azərbaycan Xalq Cəbhəsinin SSRİ “KQB”-si tərəfindən yaradılması haqdakı iddialarını şərh edərkən ifadə edib.

“Azərbaycanda da milli ideya heç vaxt sönməmişdi. Milli ideyaların üzə çıxması üçün şərait yarananda da sürətli bir proses başlandı. Keçmiş SSRİ-nin bütün regionlarında olduğu kimi, Azərbaycanda da bu ideya artıq təşkilati forma tapanda, təbii ki, bu, Sovet xüsusi xidmət orqanlarının gözündən kənarda qala bilməzdi və onlar da milli hərəkatlara öz təsirlərini göstərməyə çalışdılar. Bu da onların vəzifəsi idi. Təhlükəsizlik  orqanları ayrı-ayrı adamları ələ almağa, təşkilatlara öz adamlarını yerləşdirməyə çalışdılar. Bütün bunlara bəzi yerlərdə müəyyən dərəcədə nail oldular, ancaq hər yerdə bunu bacarmadılar. Lakin bütün bunlar bütövlükdə 1988-1991-ci illərdə Azərbaycanda baş vermiş Milli Azadlıq Hərəkatının üzərinə kölgə sala bilməz”, -deyə davamında istiqlalçı deputat bildirib. 

“Milli ideyalar ölkədə həmişə mövcud olub və onların daşıyıcıları da olub. Həmin ideyaları daşıyanlar arasında zəiflik göstərənlər də və ya öncədən satqınlıq edənlər də olub. Yəni bunlar ayrı-ayrı fərdlərə şamil edilir.  Lakin ümumilikdə Milli Azadlıq Hərəkatına, onun ayrı-ayrı təşkilatlarına kölgə salmaq, ləkə yaxmaq olmaz”, -deyə Etibar Məmmədov vurğulayıb.

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri