Icma.az
close
up
RU
Milli ideya və milli maraqlar

Milli ideya və milli maraqlar

Xalq qazeti-dan verilən məlumata görə, Icma.az xəbər verir Milli ideya və milli maraqlar.

Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibəsinin siyasi-nəzəri təhlili

II MƏQALƏ

Milli özşüur

Milli ideya ümumi halda milli özşüurun sistemli ümumiləşdirilməsidir. Milli özşüur toplumun özü haqqında təsəvvürlərin cəmidir. Bu keyfiyyətdə milli özşüur cəmiyyətin bütün fəaliyyət sferalarını – sosial, siyasi, mənəvi, mədəni, əxlaqi, ideoloji və s. sahələri özündə ehtiva edir. Bu mənada, milli ideya milli özşüurun yüksək konseptual səviyyədə yığcam və fokuslanmış ifadəsidir ki, xalqın (etnosun, qövmün, millətin) mövcudolma mənasını əks etdirir. Deməli, milli ideyanın mənbəyində milli özşüur dayanır ki, burada tarixi, psixoloji, sosial, siyasi, mədəni, mənəvi-əxlaqi, ideoloji məqamlar hər bir dönəmdə konkret məzmun alır və bu keyfiyyətdə özünün mənası olur.

Milli ideyanın funksiyaları çoxdur, onların sırasında xalqı birləşdirməyin ayrıca yeri və rolu vardır. Xüsusilə, müasir tarixi dönəmdə toplumu real olaraq birləşdirə bilən milli ideya perspektivlidir. Müstəqil dövlətlər bu səbəbdən öz milli ideyalarını müəyyənləşdirməyə strateji məsələ kimi baxırlar. Çünki indiki xeyli dərəcədə xaotik, qeyri-müəyyənliklər və risklərlə dolu, sürətlə dəyişən dünyada xalqı birləşdirməyin real modelini müəyyən etmək dövlət üçün də həyati əhəmiyyətli məsələdir. Politoloqlar buradan “dövlət üçün həyati əhəmiyyəti olan məsələlər” anlayışına xüsusi məna verirlər.

Dövlət üçün həyati əhəmiyyəti olan məsələləri xarakterizə edərkən milli dövlətin mədəni tarixi birliyi saxlaması vəzifəsi xüsusi qabardılır. Bu da avtomatik olaraq ölkənin ictimai və dövlət institutlarının sabit fəaliyyətinin təmin edilməsi ilə yanaşı, inkişafını da nəzərdə tutur.

Vurğulanan kontekstdə müasir dövlət üçün həyati əhəmiyyət daşıyan məsələlər kimi daxili siyasi, mənəvi, mədəni, ideoloji, konfessional və etnik birliyi təmin etməklə xarici dağıdıcı təsirlərə qarşı dayanıqlı immunitetə malik olmağı göstərmək olar. Xarici təsirlər dedikdə müxtəlif növ təcavüzləri, terror aktlarını, informasiya-kommunikasiya və ekoloji problemləri nəzərdə tuturlar. Son olaraq, hər bir müstəqil dövlət üçün milli maraqlarına uyğun strateji sabitliyi təmin etmək həyati əhəmiyyətli məsələ kimi qəbul edilə bilər.

Bu qısa ümumi nəzəri izahlar Prezident İlham Əliyevin Çin telekanalına verdiyi müsahibədə dövlət başçısının irəli sürdüyü tezislərin əhəmiyyətini anlamağa istiqamət verir.

Güclü iqtisadiyyat və daxili birlik

Prezident İlham Əliyev jurnalistin Azərbaycanın dövlət və cəmiyyət olaraq dayanıqlı mövqeyinin nədən ibarət olduğu haqqında suala maraqlı və ümumiləşdirici cavab vermişdir. İlham Əliyev demişdir: “Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir”.

Burada Azəbaycan Respublikasının dövlət kimi mövqeyi ilə iqtisadi inkişaf arasında münasibətlər ifadə edilmişdir. Birincisi, Prezident İlham Əliyev vurğulayır ki, müstəqil Azərbaycan öncədən dərin düşünülmüş konsepsiya əsasında davamlı, dayanıqlı və konkret strateji hədəfləri olan mövqe müəyyən etmişdir və ondan zərrə qədər də kənara çıxmamışdır. Bu səviyyədə Azərbaycan öncə “harada idisə, indi də oradadır”. Burada 1993-cü ildən başlayaraq Azərbaycanın güclü iqtisadiyyat qurmaq istiqamətində fəaliyyətinin böyük təsiri olduğunu da dövlət başçısı ifadə etmişdir. Məsələnin bu tərəfi müasir mərhələdə müstəqil dövlətçilik baxımından çox əhəmiyyətlidir.

Təcrübə göstərir ki, istənilən halda güclü iqtisadiyyatı olmayan ölkə nə daxili birliyini təmin edə bilir, nə də milli maraqlara uyğun stabil mövqe tutur. Belə nəticə çıxır ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi güclü dövlət quruculuğu konsepti çərçivəsində güclü iqtisadiyyat yaratmaq xətti Azərbaycanın müstəqil dövlət kimi regionda və qlobal miqyasda yerini müəyyən etmişdir. Azərbaycan özünü təmin edən və dinamik inkişafda olan iqtisadi sistem qura bilmişdir. Bu əsasda dövlətin mövqeyi tam stabilləşmişdir.

Dövlətin mövqeyinin tam sabitləşməsinin bir sıra müsbət nəticələri olur. Onları müsahibədə İlham Əliyev göstərmişdir. Bu zaman Azərbaycan rəhbərinin çox maraqlı nəzəri və siyasi keçid etdiyini görürük.

İlham Əliyev cəmiyyətdə sabitlik və birliyin təminini dövlət maraqlarının müdafiə edilməsinin başlıca şərtləri kimi göstərir. Yəni daxili sabitlik, sakitlik, sosial-siyasi, mənəvi-mədəni, ideoloji birlik olmadan dayanıqlı surətdə dövlət maraqlarını müdafiə etmək mümkün olmur. Bu, müstəqil dövlət quruculuğunun müasir dönəmdə çox mühüm şərtidir.

Daxili birliyin regional miqyasa proyeksiyası

İndi nəzəri və politoloji olaraq hər kəs deyə bilir ki, “daxili birliyi regional miqyasa proyeksiya etmək mümkündür”. Lakin müstəqil dövlətlərin son illərdə topladıqları təcrübə göstərir ki, praktiki müstəvidə buna nail olmaq ciddi məsələdir. O, çoxlu sayda çətinliklər və həlli zəruri olan problemləri aradan qaldırmağı tələb edir. Cənubi Qafqaz dövlətlərinin nümunəsində bu tezisin doğruluğuna əmin olmaq mümkündür.

Ermənistan keçən əsrin 90-cı illərində hesab edirdi ki, daxili birliyin pik səviyyəsindədir. Oradakı siyasi dairələr vahid erməni ideyası ətrafında toplumu əbədi birləşdirdiklərini və sabitliyə nail olduqlarını düşünürdülər. İnanırdılar ki, daxili birliyin bu cür anlamını regional miqyasa “erməni cəmiyyətinin birliyi modeli” kimi uğurla proyeksiya edə biləcəklər. Buna görə də Azərbaycanın torpaqlarını işğal etməyi özlərinə maneə kimi deyil, əlavə stimulverici faktor kimi təsəvvür edirdilər. Reallıq isə tamamilə bunun əksini ermənilərə və dünyaya sübut etdi.

Aydın oldu ki, şovinizmə, aqressiyaya, başqalarına nifrətə və ultraradikal müstəsnalığa əsaslanan birlik ilğımdır və kənardan olan ədalətli təsir onu qısa müddətdə darmadağın edir. Bu cür birliyi regional miqyasa proyeksiya etmək nəinki müsbət nəticə vermir, hətta böyük fəlakətlərə yol açır. Cəmi 44 günə Azərbaycan bunu ilk olaraq ermənilərə və bununla yanaşı, onların havadarlarına təkbaşına sübut etdi.

Deməli, daxili birliyin regional miqyasa uğurlu proyeksiyası kifayət qədər çətin məsələdir və burada çoxlu sayda faktorlar ciddi rol oynayırlar. İndi Ermənistan həm daxildə parçalanma dövrünü yaşayır, həm də müstəqil dövlət kimi regional proseslərdə yox dərəcəsindədir. Rəsmi İrəvan yenə də tərəddüdlü axtarışlarını davam etdirir. Nə qədər ki, daxili birlik və sabitliyin sivil formasını tapa bilməmişlər, real olaraq iqtisadiyyatlarını inkişaf etdirmək modelini yaratmamışlar. Onların hər hansı uğuru mümkün deyildir. Bu baxımdan silahlanma Ermənistanı dövlət və cəmiyyət kimi növbəti və daha dərin uçuruma aparır.

Biz Gürcüstan və Ukrayna nümunələrini də müqayisə edə bilərik. Ancaq təkcə Ermənistan misalı göstərir ki, müasir mərhələdə müstəqil dövlətin daxili sosial-siyasi, mədəni, mənəvi və ideoloji birlik modelini regional miqyasa uğurlu proyeksiya etməsi yaradıcı prosesdir. Bu məsələ, liderin uzaqgörənliyi ilə qətiyyəti, düzgün strategiya müəyyən etməsi və digər keyfiyyətlərin mükəmməl vəhdətini tələb edir.

İlham Əliyevin Çin telekanalına müsahibəsində həmin problemi yığcam ifadə etməsi onu gösərir ki, Azərbaycanın lideri yüksək siyasi-diplomatik və idarəetmə məharətinə sahibdir!

Azərbaycan Prezidenti vurğulanan dövlət quruculuğu problemlərindən bəhs edərkən verdiyi izah son dərəcə əhəmiyyətli məqamları üzə çıxarır. İlham Əliyev müsahibədə vurğulamışdır: “Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq”.

Milli maraqlar, həyat tərzi və müstəqil siyasət

Prezidentin müsahibədə dediyi fikirlərdən sonuncu cümlə dövlət başçısının anlayışları politoloji kontekstdə çox maraqlı və aktual konseptuallaşdırdığını göstərir. İlham Əliyev milli maraqları, həyat tərzini və müstəqil siyasəti vahid siyasi məntiqdə birləşdirərək onun, birincisi, genişmiqyaslı layihələr həyata keçirməyə imkan yaratdığını, ikincisi, həmin imkanın yekunda regional bağlantıları formalaşdırdığını, üçüncüsü, bu prosesin Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmağı təmin etdiyini bildirmişdir.

Burada bir qədər nəzəri-politoloji və fəlsəfi haşiyə çıxmağa ehtiyac görürük. Çünki müasir dönəmdə vurğulanan anlayışları politoloji müstəvidə yaradıcı konseptuallaşdırmaq mühüm bir hadisədir. Burada bir tərəfdən milli maraqlar, həyat tərzi və müstəqil siyasət kimi anlayışları bir siyasi məntiq işığında təhlil etmək, digər tərəfdən isə onların praktikada əhəmiyyətli layihələri reallaşdırmağa verdiyi təkanları dərk etmək və eyni zamanda, bütün bunların regional bağlantıları keyfiyyətcə yeni səviyyəyə yüksəldərək geniş regional miqyasda (Cənubi Qafqaz+Xəzər regionu) Azərbaycan dövlətini etibarlı mövqe tutan dövlət kimi identifikasiya etməyə zəmin yaratdığını əsaslandırma vardır.

Bütün bunları bir qədər də ümumiləşdirib yığcam ifadə etsək, aşağıdakı fəaliyyət şəbəkəsini alırıq: daxili sosial-siyasi və mənəvi-mədəni vəziyyətdən (milli maraqlar və həyat tərzi) siyasi-diplomatik mexanizmlə (müstəqil siyasi kurs) real layihələr həyata keçirərək regional əlaqələrə yeni məzmun verməyə (layihələrin regional təsiri əsasında əlaqələri inkişaf etdirmək üsulu) və oradan da Cənubi Qafqaz+Xəzər regionunda dövlətin etibarlı imicini yaratmağa nail olmaq.

Bu cür çoxkomponentli siyasi fəaliyyətin Cənubi Qafqaz təcrübəsi kimi politoloji təhlili geniş aparılmalıdır. Konkret olaraq, Azərbaycan milli maraqlar, milli ideya, fayda verən layihələri həyata keçirmək və regional əlaqələrə yeni məzmun verməklə geniş bir geosiyasi məkanda müstəqil dövlətin etibarlı tərəfdaş kimi identifikasiya edilə bilməsinin mümkünlüyünü sübut etmişdir.

Əlbəttə, bu mövzu özlüyündə mürəkkəb nəzəri-konseptual məzmun daşıyan məsələdir. Onun fəlsəfi və politoloji ümumiləşdirmələri xüsusi araşdırmalar tələb edir. Lakin Prezident İlham Əliyevin bir müsahibədə bu dərəcədə zəngin və strateji mənası olan tezislər irəli sürməsi ayrıca bir hadisədir. Bunun fonunda dövlət başçısının müsahibədə ifadə etdiyi ümumi bir tezisinin politoloji dərki də çox aktual görünür. İlham Əliyev yuxarıda vurğulanan faktorlar kontekstində belə bir ümumiləşdirmə aparmışdır: dünya xəritəsində nisbətən yeni olan Azərbaycan öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunədir!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ötən il gəmi bərələrlə daşınan sərnişin sayı 20 faiz artıb

17 Fevral 2025 19:54see128

Qanunsuz saxlanılan silah sursat götürülüb

18 Fevral 2025 10:35see127

Makron Trampla telefon danışığı aparıb

17 Fevral 2025 19:23see126

Ançelottinin aqibəti iki tituldan asılıdı

17 Fevral 2025 20:13see125

Zelenskini Ərdoğanın ayağına aparan SƏBƏBLƏR

17 Fevral 2025 22:44see123

BMT Ukrayna ilə bağlı görüşü diqqətlə izləyir

17 Fevral 2025 23:27see121

Çiynindən zədə alan Ceyhun Nuriyevin SON DURUMU

17 Fevral 2025 17:23see121

İngilis aparıcı, süni intellektlə xəbərlər “AnewZ”da nələr gördük?

18 Fevral 2025 09:59see120

Nazirlik əməkdaşı özünü güllələdi

17 Fevral 2025 15:30see120

525 ci qəzet Feminizm günəşi qürub edir Günel Musa yazır

17 Fevral 2025 17:02see120

ABŞ də yaşı 300 ü keçən insanlar aşkarlandı

18 Fevral 2025 03:32see120

Azərbaycan ötən ay neft ixracını 2,4 dəfə artırdı KONKRET

17 Fevral 2025 18:18see119

Ukraynanın NATO ya qoşulması qurumu birbaşa Rusiya ilə qarşıdurmaya sürükləyə bilər Analitik

17 Fevral 2025 18:24see119

NAZİRLİK MƏNİM 34O MANAT MAAŞIMA GÖZ QOYUB 58 yaşlı tənha qadın işdən qanunsuz olaraq çıxarılıb

18 Fevral 2025 12:48see119

Öz oyunumdan məmnun qalmadım, amma çempionat möhtəşəm keçdi Qrossmeyster Aydın Süleymanlı ilə eksklüziv MÜSAHİBƏ

17 Fevral 2025 16:53see118

Papanın vəziyyəti kritikdir: xəstəxanada qalacaq

17 Fevral 2025 17:37see118

Tayvan ABŞ dən silah almaq imkanını nəzərdən keçirir KİV

17 Fevral 2025 23:39see117

Ürək sağlamlığı üçün həkimlər bunları TÖVSİYƏ EDİR

18 Fevral 2025 06:02see115

Çempionlar Liqası: Milan Feyenoord u, Bavariya Seltik i qəbul edir

18 Fevral 2025 10:09see115

“Predo 99 Sevinc Gətirir” lotereya kampaniyasının avtomobilinin qalibi müəyyən olundu

17 Fevral 2025 17:27see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri