Icma.az
close
up
RU
Milli kimlik və dövlətçilik irsinin təməl sütunu ŞƏRH

Milli kimlik və dövlətçilik irsinin təməl sütunu ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dil hər bir xalqın tarixi yaddaşını, mədəni irsini, dünyagörüşünü və mənəvi dəyərlərini gələcək nəsillərə ötürən ən qüdrətli vasitədir. Azərbaycan xalqının əsrlər boyu qoruyub yaşatdığı, zənginləşdirdiyi və müstəqil dövlətçiliyinin əsas dayaqlarından birinə çevirdiyi Azərbaycan dili milli kimliyimizin, mənəvi bütövlüyümüzün və dövlətçilik ənənələrimizin ayrılmaz tərkib hissəsidir. Hər il avqustun 1-də ölkəmizdə qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ana dilimizə, milli kimliyimizə və dövlət müstəqilliyimizə göstərilən yüksək ehtiramın ifadəsidir.

Dilin qorunması və inkişaf etdirilməsi, əslində, millətin varlığının və milli-mənəvi dəyərlərinin qorunması deməkdir. Dövlət dili müstəqil dövlətçiliyin əsas atributlarından biri olmaqla yanaşı, cəmiyyətin milli birliyini təmin edən ən mühüm amillərdəndir.

Azərbaycan dilinin yazılı inkişaf tarixi müxtəlif əlifba sistemləri ilə sıx bağlı olmuşdur. XX əsrdə xalqımız üç dəfə əlifba dəyişikliyi yaşamışdır ki, bu da milli-mədəni irsin qorunmasına, elmi və ədəbi varisliyə müəyyən təsirlər göstərmişdir.

Əsrlər boyu Azərbaycan xalqı ərəb qrafikasından istifadə etmişdir. Bu əlifba klassik Azərbaycan ədəbiyyatının, elmi-fəlsəfi fikrin və dini-mədəni irsin formalaşmasında mühüm rol oynamışdır.

1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultay türk xalqlarının latın qrafikasına keçidi istiqamətində tarixi dönüş nöqtəsi oldu. Qurultayın qərarları əsasında 1929-cu ildən Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqinə başlanıldı. Bu islahat savadsızlığın aradan qaldırılması, təhsilin inkişafı və maarifçiliyin genişlənməsi baxımından mühüm nəticələr verdi.

Lakin SSRİ rəhbərliyinin siyasi konyunkturası və türk xalqları arasında ortaq mədəni bağların zəiflədilməsi məqsədilə 1939-cu ildə Azərbaycan əlifbası məcburi şəkildə kiril qrafikası ilə əvəz edildi. Yarım əsrdən artıq davam edən bu mərhələ xalqımızın əvvəlki dövrlərdə ərəb və latın qrafikası ilə yaradılmış zəngin elmi və ədəbi irsindən müəyyən qədər uzaq düşməsinə səbəb oldu.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında Qanun qəbul edildi. Bununla belə, müəyyən müddət ərzində kiril və latın qrafikalarının paralel istifadəsi vahid dil siyasətinin tam tətbiqinə maneələr yaradırdı.

Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, saflığının qorunması və latın qrafikalı əlifbaya tam keçidin təmin olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Hələ sovet dövründə, 1969-cu ildən başlayaraq respublikaya rəhbərlik edən Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirmişdir. Qeyd edək ki, Ulu Öndərin Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi ana dilimizin nüfuzunun yüksəldilməsi istiqamətində mühüm hadisə kimi tarixə düşmüşdür.

1978-ci ildə isə SSRİ-nin sərt ideoloji şəraitinə baxmayaraq, Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan SSR Konstitusiyasında "Azərbaycan dili Azərbaycan SSR-in dövlət dilidir" maddəsi öz əksini tapdı. Bu, həmin dövr üçün misilsiz siyasi uzaqgörənlik və milli təəssübkeşlik nümunəsi idi.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider ana dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etdi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanla ölkədə latın qrafikalı əlifbaya keçid prosesi sürətləndirildi, dövlət idarəçiliyində, təhsil sistemində, mətbuatda və rəsmi sənəd dövriyyəsində yalnız latın qrafikasından istifadə edilməsi təmin olundu.

9 avqust 2001-ci il tarixli Fərmanla isə hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması qərara alındı.

30 sentyabr 2002-ci ildə qüvvəyə minən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun dövlət dilinin hüquqi statusunu, tətbiq sahələrini və qorunması prinsiplərini daha da möhkəmləndirdi.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirilir.

Prezident İlham Əliyevin 23 may 2012-ci il tarixli Sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması tapşırıldı, 9 aprel 2013-cü il tarixində isə həmin Dövlət Proqramı təsdiq edildi. Bu proqram Azərbaycan dilinin elmi əsaslarla inkişaf etdirilməsi, terminologiyanın zənginləşdirilməsi və müasir informasiya texnologiyalarına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş tətbiqinin təmin edilməsi haqqında" Fərman rəqəmsal mühitdə Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi, elektron resursların genişləndirilməsi və müasir texnologiyalarda ana dilimizin tətbiqinin artırılması istiqamətində mühüm mərhələ oldu.

Bunun davamı olaraq 1 noyabr 2018-ci il tarixli "Dövlət dilinin tətbiqinə və dövlət dili haqqında qanunvericiliyin gözlənilməsinə nəzarətin gücləndirilməsi haqqında" Fərman dövlət dili normalarına riayət olunmasının təmin edilməsinə, kütləvi informasiya vasitələrində, reklam daşıyıcılarında və ictimai məkanda Azərbaycan ədəbi dilinin qorunmasına xidmət edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə latın qrafikası ilə Azərbaycan və dünya ədəbiyyatının klassik nümunələri, ensiklopediyalar, lüğətlər və fundamental elmi nəşrlər kütləvi tirajla çap edilərək ölkənin kitabxanalarına hədiyyə olunmuş, bununla da latın qrafikasına keçid dövründə yaranmış ədəbiyyat çatışmazlığı qısa müddətdə aradan qaldırılmışdır.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirlərində, ziyalılarla görüşlərində və müxtəlif çıxışlarında Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması ilə bağlı söylədiyi fikirlər müasir dövlət dil siyasətinin əsas istiqamətlərini təşkil edir.

İnformasiya texnologiyalarının və süni intellektin sürətlə inkişaf etdiyi XXI əsrdə Azərbaycan dilinin qarşısında yeni imkanlar və mühüm vəzifələr dayanır. Ana dilimizin süni intellekt platformalarına, böyük dil modellərinə, avtomatik tərcümə sistemlərinə, axtarış mühərriklərinə, rəqəmsal korpuslara və elektron ensiklopediyalara inteqrasiyası dövlətin dil siyasətinin mühüm istiqamətlərindən biri olmalıdır. Dil rəqəmsal məkanda nə qədər geniş istifadə olunarsa, onun beynəlxalq nüfuzu və gələcək inkişaf imkanları da bir o qədər artacaqdır.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpa olunması Azərbaycan dilinin tətbiq coğrafiyasını da genişləndirmişdir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda dövlət idarəçiliyi, təhsil, mədəniyyət və ictimai həyatın bütün sahələrində Azərbaycan dili hakim mövqedədir.

Azərbaycan dili milli yaddaşımızın, dövlətçilik ənənələrimizin, tarixi-mədəni irsimizin və milli həmrəyliyimizin əsas sütunudur. Müstəqil Azərbaycanın uğurlu dil siyasəti nəticəsində ana dilimiz bu gün beynəlxalq münasibətlərdə, elm və təhsildə, informasiya-kommunikasiya texnologiyalarında və rəqəmsal mühitdə öz mövqeyini daha da möhkəmləndirir.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimizə bir daha xatırladır ki, dil xalqın ən müqəddəs mənəvi sərvəti, milli varlığının əsas rəmzi və dövlətçiliyimizin əbədi dayağıdır. Dilimizi qorumaq, saflığını yaşatmaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 İyul 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri