Milli komandamız Estoniyaya qarşı
Qol.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
QOL.az xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gələcək. Bu, Azərbaycan millisinin adıçəkilən rayonda keçirəcəyi ilk rəsmi matç kimi tarixə düşəcək.
Ən zəiflərin yer aldığı D liqasına yuvarlanmamaq üçün bu gün millimiz mütləq Estoniyaya qalib gəlməlidir. Üstəlik, turnir cədvəlində rəqibi geridə qoymaq üçün Fernandu Santuşun komandası minimum 2 top fərqi ilə üstün olmalıdır.
Hazırda 4 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Tallində yığma komandamız üzərində 3:1 hesablı qələbə qazanan estonlar isə 3 xalla üçüncüdürlər.
Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq.
UEFA Millətlər Liqası
C liqası, V tur
16 noyabr
18:00. Azərbaycan - Estoniya
Baş hakim: Con Beaton (Şotlandiya)
Qəbələ şəhər stadionu


