Milli komandamızın 9 cüdoçusu Avropa Kubokunda iştirak edəcək
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Azərbaycan cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.
Sportal.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.
Yığmaya gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.
Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq), Əbil Yusubov (73 kq), Süleyman Şükürov (81 kq), Tuncay Şamil, Aslan Kotsoyev (hər ikisi 90 kq) və Ramazan Əhmədov (+100 kq) məşqçilərin etimadını doğrultmağa çalışacaqlar.
Qeyd edək ki, avqustun 2-dən 3-dək davam edəcək turnirdə 26 ölkədən 241 idmançı mübarizə aparacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 31 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















