Icma.az
close
up
RU
Milli komandamızın sabiq üzvü: Şuşa klubunda maliyyə o qədər də yaxşı deyil MÜSAHİBƏ

Milli komandamızın sabiq üzvü: Şuşa klubunda maliyyə o qədər də yaxşı deyil MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futzal üzrə Azərbaycan milli komandasının sabiq üzvü, bir neçə gün əvvəl “Şuşa” ilə müqavilə imzalayan Namik Məmmədkərimov Sportal.az saytına müsahibəsində komandasının hədəflərindən bəhs edib. 

- Bu mövsümdən "Şuşa"da çıxış edəcəksən. Komandaya keçidin necə alındı və "Şuşa"da gözləntin nədən ibarətdir?

"Şuşa"dan təklif gəldi, dedilər ki, komandamızda təcrübəli oyunçuya ehtiyac var və götür-qoy elədik, danışdıq və sonda razılaşdıq. Mən də futzaldan zövq alığım üçün fikirləşdim və 1 illik müqavilə imzaladım. 

- Komandanın qarşısına hansı hədəflər qoyulub? Heyət olaraq komplektləşə bilmisiz?

"Şuşa" artıq 2 ildir ki, çempionatda çıxış edir. Cavan və təcrübəli oyunçular var. Əzmkar və döyüşkən komandamız var. Hədəfimiz isə yüksək yerler tutmaqdır. “Şuşa” adına layiq oyun nümayiş etdirəcəyik.

- Çempionatın ən təcrübəli oyunçularındansan. Yəqin ki, yaş məsələsi sənə yeni mövsümdə də yüksək liqada istədiyin kimi çıxış etməyə mane olmayacaq?

Düzdür, yaş öz sözünü deyir. Amma yenə məşq prosesi zamanı daha çox məşq etməyə çalışırıq. Allahın köməkliyi ilə bu yaşda da öz oyunumuzu göstərərik. Təki, zədədən uzaq olaq.

- "Şuşa"nın maliyyə məsələsi nə yerdədir? Sizi razı salan maliyyə var?

"Şuşa" klubunda maliyyə o qədər də yaxşı deyil. İnanıram ki, gələcəkdə yeni iş adamları, əlavə sponsorlar cəlb olunacaq. Dediyim kimi, yeni komandayıq. Sponsorlar “Şuşa”ya bacardıqları qədər köməklik etsinlər. İnanıram ki, zamanla o da olacaq.

- Son illərdə Azərbaycan futzalında geriləməni nə ilə əlaqələndirirsən? Səncə, millimiz üçün yerli oyunçular yetişir və qarşıdakı ilər üçün perspektiv var?

Mili komandalarda legionerlərə qarşı çıxdılar. Bu da sevindirici haldır. Yerli uşaqlar üçün şans və motivasiya birə-beş artır. İndi qalır, özlərini yaxşı tərəfdən göstərsinlər. Yaxşı yerli oyunçular var, amma bir az tənbəllik də var(gülür). Amma yenə də aşağı yaşlar üçün futzal məktəbləri olsa, lap əla alınar. Məhz bu halda, gələcəyə perspektiv vəd eləmək olar. Üstəlik, komandaların sayı çox olsa, yaxşıdır. İnanıram ki, futzalımız əvvəlki illərdə olduğu kimi, öz maraqlı oyunlarını və aktuallığını geri qaytaracaq. Biz futzalı xalq olaraq sevirik.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Sentyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri