Milli komandanın məşqçisi: Çalışırıq ki, kamandan oxatma üzrə daxili yarışların səviyyəsini artıraq
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 fevral, AZƏRTAC
"Çalışırıq ki, kamandan oxatma üzrə daxili yarışların səviyyəsini ildən-ilə artıraq".
AZƏRTAC xəbər verir ki, bu sözləri kamandan oxatma üzrə Azərbaycan millisinin məşqçisi Fuad Allahverdiyev ölkə birinciliyi və çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bu il çempionatda iştirak edən idmançıların sayında artım müşahidə olduğunu qeyd edib: "İdmançıların sayı nə qədər çox olarsa, milli komandaya cəlb etmək üçün seçim şanslarımız da çoxalar. Yığmanın tərkibi demək olar ki, hər il dəyişir, sağlam rəqabət artır. Bu, bizim üçün olduqca önəmlidir".
O, yeniyetmə idmançıların gələn il keçiriləcək Olimpiadaya vəsiqə üçün lisenziya xarakterli turnirlərdə mübarizə aparacaqlarını bildirib: "İnanırıq ki, oxatanlarımız bu yarışlarda layiqli nəticələr əldə edəcək və ölkəmizə medallarla qayıdacaqlar".
Qeyd edək ki, Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançının iştirak etdiyi çempionata fevralın 7-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















