Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Milli ləzzətin oğurluğu Paxlavanın erməni versiyası

Milli ləzzətin oğurluğu Paxlavanın erməni versiyası

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarix boyu mətbəx mədəniyyəti xalqların kimliyinin bir parçası olub. Hər xalqın mətbəxi onun tarixini, yaşam tərzini, mədəni dəyərlərini əks etdirir. Bunu ermənilər də bilməmiş deyil və o səbəbdən də maddi və qeyri-maddi irs sarıdan çox kasıb olan bədnam qonşularımız daim mədəniyyət oğurluğuna “gəldim, gördüm, mənimsədim” sxemi üzrə geniş yer ayırıblar. 

Emənilər özlərinin qeyri-maddi mədəni irsi kimi təqdim etmək istədikləri dəyərlərin siyahısında paxlavanın da adı yer alıb.

Ermənistanın tez-tez Türk dünyasının - Azərbaycanın, Türkiyənin mədəniyyət nümunələrinə qondarma iddialar irəli sürməsi az qala adi hala çevrilib. Paxlava da bu mənimsəmə prosesində növbəti "qurban"lardan biridir. 

Ermənilər bu gün də müxtəlif beynəlxalq tədbirlərdə, kulinariya festivallarında, xarici mediada, sosial şəbəkələrdə və digər mənbələrdə paxlavanı "erməni şirniyyatı" kimi təqdim edir, az qala dəridən-qabıqdan çıxırlar. Halbuki tarixi mənbələrdə paxlavanın Osmanlı dövründən və daha öncədən türk mətbəxində olduğu sübut edilib.

Azərbaycanın bəzi bölgələrində paxlavanın hazırlanma üsulu yüzilliklərlə nəsildən-nəslə ötürülüb.
Azərbaycan və Türkiyədə paxlava müxtəlif növlərdə hazırlanır. Ölkəmizdə bu şirniyyatın Şəki paxlavası, Bakı paxlavası, Gəncə paxlavası, Quba paxlavası kimi növləri var. Paxlava Azərbaycanda qeyd edilən Novruz bayramının simvollarından biridir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin şərhində bildirilir ki, türk xalqlarının mətbəx mədəniyyətinin ən çox istifadə olunan şirniyyatlarından olan paxlavanın erməni mətbəxinə heç bir aidiyyəti yoxdur. 

“Digər tərəfdən, “paxlava/baklava” sözünün etimoloji baxımdan erməni dili ilə hər hansı bir bağlılığından da söhbət gedə bilməz və bu linqvistik vahidin etnolinqvistik analizi göstərir ki, o, türk xalqlarının dilinin leksikasına daxildir. Söz Türkiyə türkcəsində “baklava”, Azərbaycan dilində “paxlava” kimi səslənir. 

“Paxlava/baklava” sözü digər türk olmayan xalqların dillərinə də keçib. Məsələn, “baklava/paxlava” sözünə ingilis dilində ilk dəfə 1650-ci ildə rast gəlinir və həmin sözün Türkiyə türkcəsindən alınmış türkizm olduğu göstərilir”.

Türkiyəli tarixçi Nuri Canlı paxlava haqqında ilk yazılı məlumatın XV əsrə aid olduğunu bildirir. Onun yazdığına görə, Osmanlı hökmdarlarının Topqapı muzeyinin Yemək kitabında İstanbulu fəth edən sultan Fatihin dövrünə aid bir qeyd saxlanılıb. Həmin qeyddə göstərilir ki, sarayda ilk baklava 1453-cü ilin avqustunda hazırlanıb.

Həmçinin XVII əsrə aid bir türk mahnısında da “baklava” sözünə rast gəlinir:

Dərdə dəvadır baklava,

Cana şəfadır baklava,

Yiyəmmədim doyunca,

İbrət-nümadır baklava.

Bütün bunlar onu göstərir ki, qədim dövrlərdə belə “baklava” türk mətbəxinin tanınmış şirniyyatlarından olub.
“Baklava/paxlava” sözünün türk dilinə aid və şirniyyat növü olaraq türk xalqlarının mətbəx mədəniyyəti nümunəsi olduğunu bir sıra xarici ölkələrin alim və tədqiqatçıları da öz əsərlərində qeyd ediblər.

Məsələn, məşhur avstriyalı linqvist Frants Mikloşiç, alman şərqşünası Gerhard Derfer öz əsərlərində “baklava/paxlava” sözünün türk mənşəli olduğunu və digər dillərə keçdiyini qeyd ediblər.

Bir sözlə, “baklava/paxlava” sözünün türk mənşəli olması barədə fikir elmi ictimaiyyət tərəfindən qəbul edilmiş aydın nəticədir.

Azərbaycanlı alimlərdən Bəşir Əhmədov “paxlava/baklava” sözünün dilimizdə geniş şəkildə işlənən paxla sözü ilə bağlı olduğunu qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin şərhinə görə,“baklava/paxlava” sözünün etimologiyasından danışarkən onu da qeyd etmək lazımdır ki, bu şirniyyatın adının iki sözdən – türk dillərindəki “bakla/paxla” və ərəb dilində olan “halva” sözlərindən yaranması barədə fikirlər də mövcuddur:

“Bəllidir ki, bakla/paxlanı Azərbaycanda paxlalı bitkilərə aid edirlər. Lakin tarixən bu sözü dənli və paxlalı bitkilərin bütün növlərinə aid edirdilər. Qoz, badam, araxis və s. də bu kateqoriyaya daxildir. Onu da qeyd edək ki, bəzən paxlavanı düyü və qarğıdalı, həmçinin dənli-paxlalı bitkilərin unundan da hazırlayırlar. Ərəb mənşəli “halva” sözü isə “unlu şirniyyat” kimi tərcümə olunur. “Baklava/paxlava” sözü isə kontaminasiyadır, yəni “bakla/paxla” və “halva” sözlərinin birləşməsindən əmələ gəlmiş yeni sözdür və ən önəmlisi, türk dilinin sözyaratma qaydalarına uyğun olaraq yaradılıb. Daha dəqiq desək, “baklahalva/paxlahalva” söz birləşmələri sözün ortasındakı hecanın kəsilməsi yolu ilə fonetik cəhətdən “baklava/paxlava” sözlərinə çevrilib”.

Paxlava milli mədəniyyətimizdə alovun rəmzi sayılır, ortasında qoyulmuş fındıq isə yaranışın mifik mənasını özündə əks etdirir.

Maraqlıdır ki, bir sıra erməni yazılı mənbələrində də “baklava/paxlava” sözünün türk leksikasına, həmin adda şirniyyatın isə türk xalqlarının mətbəx mədəniyyətinə aid olduğu və etimoloji cəhətdən ermənilərə heç bir aidiyyətinin olmadığı qeyd edilir.

Məsələn, erməni əsilli yazıçı və dilçi Sevan Nişanyan bu sözün ona məlum olan ən əski formalarını (1500-ci ilə qədər) “baklağı və baklağu” olaraq qəbul edir, onun Proto-Türk kökənli olduğunu bildirir və bununla həmin sözün əslində ermənilərlə heç bir əlaqəsinin olmadığını göstərir ( https://www.nisanyansozluk.com/kelime/baklava ).

Ermənistan mədəni oğurluq yolunda dayanmaq bilmir. İrəvan 2022-ci ildən paxlavanın "erməni şirniyyatı" kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyasına daxil edilməsi üçün hazırlıqlara başlayıb. Hətta bununla bağlı layihə Ermənistan hökumətinin müzakirəsinə təqdim edilib. Amma mədəniyyəti oğurluqla yaradıb çox da uzağa getmək olmaz.

Paxlavanın qatları necə zərif və incədirsə, onun arxasında dayanan mədəniyyət də bir o qədər dərin və köklüdür. Bunu sadəcə reseptlə, şəkərlə, unla, yağla mənimsəmək mümkün deyil. Çünki paxlava türk-Azərbaycan süfrəsində bir daddan çox, bir simvoldur. Ona görə də deyirik: paxlava hara, ermənilər hara?

A.Zeynalov

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 İyul 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri