Icma.az
close
up
RU
Milli Marketinq Forumunda azad olunmuş ərazilərə qayıdışla bağlı məlumat verilib

Milli Marketinq Forumunda azad olunmuş ərazilərə qayıdışla bağlı məlumat verilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Neoklassika” konsept mesajı ilə keçirilən Milli Marketinq Forumuna təşkilati dəstək verib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, üç gün ərzində marketinq fəaliyyəti ilə bağlı təcrübələrin paylaşıldığı forumda iştirakçılara işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, dövlət komitəsinin bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Komitə məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, onların yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov çıxışında qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və dəstək göstərdiyini bildirib.

Sədr müavini, həmçinin azad olunmuş ərazilərə qayıdış prosesinin təkcə bərpa-quruculuq işləri ilə deyil, həm də milli yaddaşın bərpası ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Dövlət Komitəsi bu prosesi geniş ictimaiyyətə düzgün çatdırmaq, reinteqrasiyanı gücləndirmək və yeni formalaşan icmaların sosial-iqtisadi potensialını tanıtmaq məqsədilə Milli Marketinq Forumunda iştirak edir. Forum çərçivəsində komitə dövlət-özəl sektor tərəfdaşlığı, media və yaradıcı agentliklərlə əməkdaşlıq imkanlarını müzakirə edir.

Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən ümumilikdə, 40 mindən çox insanın yaşadığını deyən F.Hüseynov hökumətin işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kəndlər”in salınmasını, yaşıl enerji zonalarının yaradılmasını bərpa-quruculuq prosesinin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini xatırladıb.

Forumun Böyük Qayıdışa həsr olunmuş ikinci panelində hüquqşünas Ərşad Hüseynov, Nəfəs Psixi Sağlamlıq Akademiyasının təsisçisi İkram Rüstəmov, “Cinema Art” MMC-nin direktoru Fuad Quliyev, “Facemark” şirkətinin rəhbəri Rafiq Hunaltay çıxış ediblər.

Forumda, həmçinin Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışla bağlı hazırlanmış videoçarxlar nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri