Icma.az
close
up
RU
Milli Məclis Bəyanat qəbul etdi YENİLƏNİB

Milli Məclis Bəyanat qəbul etdi YENİLƏNİB

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisi payız sessiyasının ilk iclasında 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Avtosfer.az bəyanatın tam mətnini təqdim edir:

“2020-ci il sentyabrın 27-də başlanmış və Azərbaycan Silahlı Qüvvələrinin parlaq Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi milli tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir. 30 illik işğala hərbi yolla son qoymaqla və dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etməklə Azərbaycan Respublikası bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mexanizmlərinin işləmədiyi, dövlətlərə münasibətdə ikili standartların hökm sürdüyü bir şəraitdə də uzaqgörən və müdrik dövlətçilik strategiyası, öz lideri ətrafında sıx birləşən xalqın qanuni maraqlarını müdafiə etmək naminə fədakarlığı ədaləti bərpa etməyə və tarixin gedişini dəyişdirməyə qadirdir.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbənin əldə olunmasında həlledici rol oynamışdır. Onun irəli sürdüyü milli təhlükəsizlik konsepsiyasının həyata keçirilməsi nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən silahlı qüvvələr formalaşdırılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsil yetişdirilmişdir. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi barədə Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji baxışı, cəsarəti, qətiyyəti və əzmkarlığı, sərkərdəlik məharəti döyüş meydanında uğurların təməlində dayanmışdır. Vətən müharibəsi Azərbaycan əsgərlərinin və zabitlərinin kütləvi qəhrəmanlığına və fədakarlığına səhnə olmuşdur. Hərbi qulluqçular ən yüksək peşəkarlıq, mərdlik və Vətənə sədaqət nümayiş etdirmiş, öz borclarını şərəflə yerinə yetirərək doğma torpaqlarımızı işğaldan azad etmişlər. Onların bir çoxu “Vətən Müharibəsi Qəhrəmanı” adına və yüksək dövlət mükafatlarına layiq görülmüşdür.

Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.

Dinc yaşayış məntəqələrinə 227 raket və 30 minə yaxın mərmi atılmış, nəticədə 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər və çoxmənzilli yaşayış binaları dağıdılmış və ya onlara ciddi ziyan vurulmuşdur.

Bu qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası günü kimi tarixə həkk olunmuşdur.

İşğalçılara qarşı döyüş əməliyyatlarında həlak olmuş hərbi qulluqçuların, Ermənistanın dövlət terrorizmi aktları nəticəsində şəhər və kəndlərdə qətlə yetirilmiş dinc insanların xatirəsinə ehtiram əlaməti olaraq bu il sentyabrın 27-də ölkəmizdə “Anım Günü” beşinci dəfə qeyd edilmişdir. Vətən yolunda canından keçmiş şəhidlər xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatı xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.

Bu gün Azərbaycan hökuməti azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun bərpasına dair geniş miqyaslı proqramlar həyata keçirir. Ərazilər minalardan təmizlənir, işğal dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlər yenidən yaradılır, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik və su xətləri çəkilir. Bölgədə üç beynəlxalq hava limanı tikilib istifadəyə verilmişdir. “Yaşıl” energetikanın, innovativ infrastrukturun genişləndirilməsinə və ərazilərin dayanıqlı inkişafına xüsusi diqqət yetirilir. Keçmiş məcburi köçkünlər mərhələ-mərhələ öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox soydaşımız doğma torpaqlarında yenidən dinc həyata başlamışdır.

44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla dövlətlərarası münasibətlər qurulmasına hazır olduğunu bəyan etmiş, sülhün bərqərar edilməsi üçün beynəlxalq hüquqa əsaslanan 5 təməl prinsip irəli sürmüşdür. Sülh sazişinin layihəsi də məhz Azərbaycan tərəfindən təqdim edilmişdir.

Bu il avqustun 8-də Vaşinqtonda, Ağ evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması iki ölkə arasında münaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaradır. Eyni zamanda, əldə edilmiş razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilmək potensialına malikdir.

Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamədə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərt təsbit edilmişdir. İlk nəticə kimi, Azərbaycan və Ermənistanın müraciətinə əsasən keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturları ATƏT-in Nazirlər Şurasının qərarı ilə ləğv edilmişdir. Digər şərt olan Ermənistan Konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq dəyişikliklər edildikdən sonra isə iki ölkə arasında sülh sazişinin imzalanması yolunda heç bir maneə qalmayacaqdır.

Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, şəhidlərimizin qanı və canı bahasına, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin nailiyyətləri Azərbaycan xalqının bugünkü və gələcək nəsilləri üçün daim güc və ilham mənbəyi olacaq, xalqımız öz liderinin ətrafında sıx birləşərək bölgədə güvənlik və inkişafın dayağı olan güclü, ləyaqətli və ədalətli dövlətini möhkəmləndirmək yolunda yeni-yeni uğurlar qazanacaqdır”.

***12:11
27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə bağlı Milli Məclis Bəyanat qəbul edib.

Avtosfer.az xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Bəyanatın mətnini deputat Azər Əmiraslanov səsləndirib: “2020-ci il sentyabrın 27-də başlanmış və Azərbaycan Silahlı Qüvvələrinin parlaq qələbəsi ilə başa çatmış 44 Günlük Vətən Müharibəsi milli tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir. 30 illik işğala hərbi yolla son qoymaqla və dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etməklə Azərbaycan bütün dünyaya sübut etməklə, beynəlxalq hüquq mexanizmlərinin işləmədiyi, dövlətlərin münasibətdə ikili standartların hökm sürdüyü şəraitdə uzaqgörən və müdrik dövlətçilik strategiyası öz lideri ətrafında sıx birləşən xalqın qanuni maraqlarının müdafiə etmək naminə fədakarlığı ədaləti bərpa etməyə və tarixin gedişini dəyişdirməyə qadirdir”.

Bəyanat səsə qoyularaq qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see213

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see192

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see186

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see149

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see147

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see137

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see137

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see135

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see134

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see132

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see131

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see131

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see130

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see129

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see128

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see123

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see122

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri