Milli Məclis nümayəndələri MDB PA çərçivəsində bir sıra model qanun layihələrini müzakirə ediblər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 14 noyabr, AZƏRTAC
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputatlar Fariz İsmayılzadə, Bəxtiyar Əliyev, Nizami Səfərov və Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) Şura, plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Tacikistanın Düşənbə şəhərində səfərdə olublar.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, deputatlar səfər çərçivəsində MDB PA-nın Şurasının, həmçinin Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının və Hüquqi məsələlər üzrə daimi komissiyasının iclaslarında iştirak ediblər. İclaslarda bir sıra model qanun layihələri müzakirə olunub, təşkilati məsələlərə baxılıb.
MDB PA-nın 59-cu plenar iclasında isə “MDB iştirakçısı olan dövlətlərdə dərman təminatı haqqında”, “Uşaq hüquqları üzrə müvəkkil haqqında”, “İctimai təhlükəsizlik haqqında”, “Lisenziyalaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Su obyektlərindəki mədəni irs nümunələrinin dövlət mühafizəsinin təminatı haqqında” və digər model qanun layihələri müzakirə olunub, bir sıra qanunlara təklif edilən dəyişikliklərə baxılıb.
Baxış sayı:95
Bu xəbər 14 Noyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















