Icma.az
close
up
RU
Milli Məclisin deputatları MDB PA komissiyalarının iclaslarında iştirak ediblər

Milli Məclisin deputatları MDB PA komissiyalarının iclaslarında iştirak ediblər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 may, AZƏRTAC

Mayın 29-da Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü – MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının sədr müavini Polad Bülbüloğlu iştirak edib.

Polad Bülbüloğlunun sədrlik etdiyi iclasda “Messenatlıq və xeyriyyəçilik fəaliyyəti haqqında”, “Uşaqların onların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında” model qanunların yeni redaksiyaları, həmçinin “Su hövzələrində mədəni irs obyektlərinin dövlət mühafizəsinin təmin edilməsi haqqında” model qanun layihəsi və digər qanun layihələri ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

X  X  X

Sonra Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Hüquqi məsələlər üzrə daimi komissiyasının da videokonfrans formatında iclası keçirilib.

İclasda MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü - MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini Əminə Ağazadə iştirak edib.

Tədbirdə “Ailə-məişət zorakılığına qarşı hüquqi tənzimləmə haqqında”, “Əmlakın istifadəyə verilməsi üçün müqavilələr haqqında”, “Vasitəçilik müqavilələri haqqında” və digər model qanun layihələri üzərində işlərin gedişi barədə fikir mübadiləsi aparılıb.

X  X  X

Həmin gün Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Onlayn iclasda MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü – MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının üzvü Mübariz Qurbanlı iştirak edib.

“Dövlət paytaxtlarının, respublika əhəmiyyətli şəhərlərin və rayon mərkəzlərinin statusu haqqında”, “Kreativ sənayelər haqqında” və digər model qanun layihələri müzakirə olunub, MDB-də növbəti dövr üçün model qanun yaradıcılığının uzunmüddətli planına dair təkliflərə baxılıb.

İclasda MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü Mübariz Qurbanlı MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının sədr müavini seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri