Icma.az
close
up
RU
Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilir

Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilir

Bu gün, 7 dekabr tarixində "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilir. SİA xəbər verir ki, 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak edəcəyi tədbirdə dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.

Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.

seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri