Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Milli Məclisdə büdcə müzakirələri başlayıb

Milli Məclisdə büdcə müzakirələri başlayıb

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Milli Məclisin noyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəsi olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib ki, gələn ilin büdcə zərfi vergi yükünün artırılmasını deyil, vergi bazasının genişləndirilməsini, kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin vergiləri artıraraq büdcə gəlirlərini təmin etmək niyyətində olması ilə bağlı fikirlər reallığı əks etdirmir...
Maliyyə naziri Sahil Babayev qeyd edib ki, növbəti il müdafiə və milli təhlükəsizlik məqsədləri üçün dövlət büdcəsi xərclərinin 21 faizi həcmində, yəni 8,7 milyard manat vəsait nəzərdə tutulur: “2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat səviyyəsində proqnozlaşdırılır. Büdcə kəsiri 3,1 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri ÜDM-in 31,1 faizi, gəlirləri 28,8 faizi, kəsir isə 2,3 faizi həcmində müəyyənləşib”.
S.Babayev diqqətə çatdırıb ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaq: “2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov söyləyib ki, 2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb: “Qeyri-neft-qaz vergi daxilolmaları isə dövr ərzində 2,3 dəfə artıb. Qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildəki 40,5%-dən 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52%-ə yüksəlib. 2026-cı ilin büdcə layihəsində isə bu göstərici 57% nəzərdə tutulub”.
Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, ticarət tərəfdaşlarımızda inflyasiya göstəriciləri azalıb: “Ötən ilin sonunda 11% olduğu halda, cari ilin sentyabrında bu göstərici 8,2% təşkil edib”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, daha 8 dövlət proqramı icbari tibbi sığorta hesabına həyata keçiriləcək: “Bunlar vərəm, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skolioz və digər 4 proqramdır. Hesab edirəm ki, onkologiyanın da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac var. Bir sıra həyati vacib əməliyyatlar da icbari tibbi sığorta ilə qarşılanmalıdır. Ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatı məsələsi də xəstələrin səbirsizliklə gözlədiyi məsələdir. Gələn il bunun da həllini tapacağına inanıram".
Komitə sədri xatırladıb ki, ilkin tibbi xidmətin regionlarda çox aşağı səviyyədə olması, həkim çatışmazlığı da problem olaraq qalır:"Bununla bağlı Milli Məclisdə dinləmə keçirildi, pilot rayon da seçildi. Bu sahədə fəaliyyətin genişlənidirilməsinə böyük ehtiyac var".
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Xankəndidə 500-dən çox obyektin sahibkarlara icarəyə verilməsi real iqtisadi dinamika yaradıb.
Z.Oruc həmçinin bildirib ki, gələn il yanacağın qiymətləri necə olacağı ilə bağlı cəmiyyətdə müəyyən suallar yaranıb: “Çünki yol vergisindən daxilolmaların 45,5 milyon manatdan 131 milyon manata çatacağı proqnozlaşdırılıb. Hesablama Palatası satış həcminin dəyişməcəyini bildirirsə, qiymət artımı ehtimalına aydınlıq gətirilməsi iqtisadiyyata müsbət siqnal olardı”.
Komitə sədri eyni zamanda vurğulayıb ki, gələn il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivi qarşıdakı on ildə regionda iki milyondan çox iş yerinin açılmasına təkan verə bilər: “Dövlət başçısının qətiyyəti Azərbaycanı ölkənin tərkib hissəsi Naxçıvanla birləşdirən dəhlizin (Zəngəzur dəhlizi - RED.) açılmasına hazırlaşmağımızn zəruri olduğunu göstərir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, gələn ilin büdcəsində səhiyyə xərclərində ümumi artıma baxmayaraq onkoloji xəstələr üçün dərman təminatı hələ də lazımi səviyyədə deyil: “Dünyada onkoloji xəstəlik ümidsiz diaqnoz kimi qəbul edilmir. Müasir terapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti on ildən daha uzun müddət yüksək həyat keyfiyyəti ilə yaşaya bilir. Bu səbəbdən də dövlətin onkoloji sahə üzrə proqramı çərçivəsində nəzərdə tutulan maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır".
Deputat bildirib ki, mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir: “Onkologiyada target dərmanlar xəstənin ömrünü illərlə uzadır. Bu həm sosial məsuliyyət, həm də insan kapitalının qorunmasıdır. İcbari tibbi sığortanın (İTS) üzərinə düşən yük son illərdə həddindən artıq artıb. Onkoloji dərmanların tam İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər. Xəstələrin öz cibindən müalicə olunması real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir. Dövlət proqramları gücləndirildiyi halda nəticə dərhal görünəcək – minlərlə insanın həyat keyfiyyəti və sağ qalma şansı yüksələcək".
Çıxış edən deputatlar büdcə layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Noyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see594

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see569

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see566

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see481

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see442

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see377

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see377

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see368

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see336

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see326

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see324

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see321

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see314

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see310

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see309

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see300

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see300

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see289

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri