TikTok hotel rezervasiya etmək mümkündür
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"TikTok" platforması artıq istifadəçilərə tətbiqdən çıxmadan hotel və tur rezervasiyası etməyə imkan verəcək yeni “TikTok Go” funksiyasını təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə “Mashable” platforması məlumat yayıb.
Bildirilib ki, yeni xüsusiyyət sayəsində istifadəçilər videolarda gördükləri hotelləri, ekskursiyaları və müxtəlif turistik məkanları bir neçə toxunuşla birbaşa TikTok üzərindən bron edə biləcəklər.
Şirkətin verdiyi məlumata görə, TikTok Go funksiyası Booking.com, Expedia və Viator kimi məşhur platformalarla əməkdaşlıq əsasında çalışır. Məsələn, istifadəçi San-Fransiskodakı bir hotel haqqında TikTok videosuna baxdıqdan dərhal sonra həmin hotel üçün otaq rezervasiyasını tətbiqdən çıxmadan tamamlaya bilər.
TikTok bildirir ki, platformada hər gün milyonlarla insan yeni restoranlar, hotellər və səyahət məkanları kəşf edir. Yeni funksiya isə həmin “ilham anını” birbaşa rezervasiya prosesinə çevirərək həm istifadəçilər, həm də bizneslər üçün əlavə imkanlar yaradır. TikTok ABŞ əməliyyatlarına rəhbərlik edən TikTok USDS Joint Venture şirkətinin rəhbəri Adam Presser bildirib ki, insanlar artıq hara getmək, harada qalmaq və nə etmək barədə qərarlarını sosial platformalarda formalaşdırır. TikTok Go isə bu prosesi daha sürətli və rahat edir.
Son illərdə sosial media platformalarının yalnız əyləncə deyil, həm də alış-veriş və xidmət sifariş platformasına çevrilməsi fonunda TikTok-un bu addımı diqqət çəkir. Platforma artıq məhsul satışından sonra indi də turizm və səyahət rezervasiyası bazarına daxil olmağa başlayır.
Baxış sayı:186
Bu xəbər 15 May 2026 05:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















