Milli Məclisdə hava limanı ilə bağlı taksi məsələsi qaldırıldı
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hava limanından daşınma məsələsinin indiyə qədər çözülməməsi problem yaradır.
Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
"Ombudsman da bu məsələyə müdaxilə etdi və taksi inhisarçılığının ortadan qaldırılması məsələsini gündəmə gətirdi. Bir daşınma məsələsi ölkənin imici üçün problemə çevrilir. Alternativ olaraq avtobus, qatar yoxdur. Şəhərə necə gəlsin? Naxçıvandan yoxsul bir insan 50-60 manat verib təyyarə ilə gəlir. Əlavə 30-40 manat verib şəhərə gəlməlidir. Onun Bakıya gəlişi 100 manat oldu. Bu, xarici turistlərə də aiddir. Ölkənin imici üçün çox vacib məsələdir. Biz ictimai nəqliyyatın vətəndaşa xidmət edən modelə gətirilməsini təmin etməliyik".
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 30 Sentyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















