Icma.az
close
up
RU
Milli Məclisdə Parlamentlərarası Spikerlər Konfransının Baş katibi ilə görüş keçirilib

Milli Məclisdə Parlamentlərarası Spikerlər Konfransının Baş katibi ilə görüş keçirilib

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Avqustun 7-də Milli Məclisdə Parlamentlərarası Spikerlər Konfransının ölkəmizdə səfərdə olan Baş katibi Ek Nat Dakal və təşkilatın Beynəlxalq əməkdaşlıq üzrə direktoru Hajime Saito ilə görüş keçirilib. Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Newscenter.az xəbər verir ki, Fariz İsmayılzadə qonaqları salamlayaraq, onlara Azərbaycan parlamentinin beynəlxalq fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, Milli Məclis bir sıra beynəlxalq parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir, onların bir neçəsinə sədrliyi həyata keçirir. Milli Məclisin deputatı parlamentin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində, Parlamentlərarası İttifaqda, həmçinin regional parlament təşkilatlarında aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Milli Məclisin parlament diplomatiyasının inkişafı sahəsində gördüyü işlər, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolu, ölkəmizin COVİD-19 pandemiyası zamanı beynəlxalq təşəbbüsləri və bir sıra ölkələrə yardımları barədə fikirlərini paylaşıb.
Azərbaycan və onun paytaxtı haqqında xoş təəssüratlarını bölüşən Parlamentlərarası Spikerlər Konfransının Baş katibi Ek Nat Dakal bu qurumun fəaliyyəti və gördüyü işlər barədə danışıb. O, Pakistanda keçirilmiş 1-ci Parlamentlərarası Spikerlər Konfransında müzakirə edilmiş məsələlərin əhəmiyyəti, Kambocada keçiriləcək 2-ci Konfrans, parlament diplomatiyasının dövlətlərarası münasibətlərdə rolu, Azərbaycan parlamenti ilə əlaqələrin gələcək inkişafı və digər məsələlər barədə fikirlərini bölüşüb.
Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycanın parlamentarizm tarixi, hazırki Milli Məclisin strukturu, fəaliyyəti, beynəlxalq münasibətləri barədə fikirlərini çatdırıb.
Görüşdən sonra qonaqlar Milli Məclisin inzibati binası ilə də tanış olublar. Fərid Hacıyev onlara Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin foyesində yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi, parlamentin plenar iclas zalında yaradılmış iş şəraiti, qanunvericilik prosesinin həyata keçirilməsi prosedurları haqqında geniş məlumat verib.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Avqust 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri