Icma.az
close
up
RU
TÜRKPA nı urvatsız edən deputatlar: Milli Məclisdə tradikomediya iclası…

TÜRKPA nı urvatsız edən deputatlar: Milli Məclisdə tradikomediya iclası…

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Milli Məclisdə TÜRKPA üzv parlamentlərinin Səhiyyə Komitələrinin sədrlərinin ikinci iclası işə başlayıb. 
Demokrat.az
xəbər verir ki, sözügedən tədbir Türk Dövlətlər Təşkilatının vasitəsi ilə türk xalqlarının əlaqələrinin və inteqrasiyasının genişlənməsi fonunda baş verir. 
Tədbirin Azərbaycanda keçirilməsi isə xüsusilə təqdirəlayiq haldır və bu bir daha prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Türk Dövlətlər Təşkilatında aparıcı rolundan xəbər verir. 
Tədbirin mötəbərliliyi öz yerində, amma Azərbaycandan bu tədbirdə iştirak edənlərin siyahısı adamı təəccübləndirir. 
Təəccübləndirir deməyimiz bəlkə də, çox yumşaq çıxır. Çünki Azərbaycan səhiyyəsi adına təmsil olunan deputatlar Eldar Quliyevin və Heydər Əsədovun bu tədbirdə iştirakı sadəcə tradikomediyadır. 
Görəsən Milli Məclisin rəhbərliyi bu iki ağsaqqal deputatı TÜRKPA üzv parlamentlərinin Səhiyyə Komitələrinin sədrlərinin ikinci iclasına dəvət etmələri ilə nə demək istıəyirlər? 
Axı Eldar Quliyevin və Heydər Əsədovun səhiyyə ilə hansı əlaqələri var? Onları uzaqdan-yaxından bu sahə ilə bağlayan hansısa bir “element” varmı?
Mən əminəm ki, hər iki hörmətli deputatımızın penslin haqqında belə normal anlayışları və bilgiləri yoxdur. 
Məsələnin başqa bir tərəfi isə bu iki ağsaqqal deputatın türk dünyası ilə əlaqələridir. Bu günə kimi Eldar Quliyevin və Heydər Əsədovun türk dünyası ilə bağlı hər hansı əlaqələri, fəaliyyətləri və töhfələri eşidən olubmu? 
Əslində bu ağsaqqalllar bəlkə də öz ana dillərində belə düşünə bilmirlər. Ən azıdan onlar ömürlərinin yarısından çoxunu rus dilində düşünüblər...
Belə olan halda deputatlar Eldar Quliyev və Heydər Əsədov TÜRKPA üzv parlamentlərinin Səhiyyə Komitələrinin sədrlərinin ikinci iclasında hansı sifətlə iştirak edirlər? 
Yəni onların iştirakı belə tədbirin miqyasını və etimadını kiçik düşürmürmü? 
İclasın təşkilatçıları hansı prizmadan yanaşaraq səhiyyə sisteminə aid olmayan bu iki deputatı tədbirin yuxarı başında oturdublar? 
Ümumiyyətlə, Eldar Quliyev və Heydər Əsədovun bu tədbirdəki missyası nədir? Bəlkə onlar tədbirin bədii hissəsinin sponsorlarıdır? 
Olsun, o zaman niyə arxa plada deyil, yuxarı başdadılar?
Belə hallar ilk dəfə deyil və yəqin ki, sonuncu da olmayacaq. Biz dəfələrlə bu kimi halların şahidi olmuşuq və əslində təkrarlanan belə hallar bizim öz işimizə nə qədər qeyri-peşəkar yanamamızın göstəricisidir. 
Türk xalqlarının inteqrasiyası möhtərəm prezidentimiz İlham Əliyevin əsas diqqət mərkəzində olan geosiyasi məsələdir və dəfələrlə prezident bunu pz çıxışlarında vurğulayıb. Prezidentimizin çox önəm verdiyi məsələyə bu şəkildə yanaşma isə bəzilərinin türk birliyi ətrafında sədəcə manipuyasiya və imitasiya etməsindən xəbər verir. Bu da öz növbəsində həmin “bəzilərinin” dövlət ideologiyamıza, yumşaq desək, biganələyindən, bəlkə də təxribatından xəbər verir. 
Bir daha qeyd edim ki, bu məsələ Eldar Quliyevin və Heydər Əsədovun şəxsiyyəti ilə bağlı məsələ deyil. Bu peşəkarlıq və hər şeydən əvvəl türk xalqlarının inteqtrasiyasına yanaşma məsələsidir və bu gün gördüyümüz mənzərə bir daha onu deməyə əsas verir ki, biz bu inteqrasiyaya qeyri-ciddi və hörmətsiz yanaşırıq...
Günel Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see196

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see192

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see183

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see148

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see139

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see138

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see137

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see136

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see131

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see128

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see127

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see125

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see124

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see123

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see121

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see120

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see118

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri