Milli Məclisin deputatları Mərakeşə səfər edəcəklər
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclis sədrinin müavini Rafael Hüseynov və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Mərakeş Krallığının Rabat şəhərinə səfər edəcəklər.
Milli Məclisdən Teleqraf.com-a verilən məlumata görə, onların dekabrın 17-də keçiriləcək “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfransda iştirakı nəzərdə tutulur.
Deputatlar burada Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO-nun) birgə təşkilatçılığı ilə keçirilən konfransın işinə qatılacaqlar, “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgi ilə tanışlıq olacaqlar.
Vitse-spiker Rafael Hüseynovun konfransda çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətləri üzvləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Səfər dekabrın 18-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 16 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















