Icma.az
close
up
RU
Milli Məclisin komitə iclasında dörd məsələ müzakirə olunub

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirə olunub

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 6-da Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib.

SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, komitənin sədri Zahid Oruc gündəliyə 4 məsələnin daxil edildiyini deyib. Əvvəlcə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb. Bildirilib ki, layihəyə əsasən “yetkinlik yaşına çatmayan” ifadəsi “uşaq” ifadəsi ilə əvəz edilir, komissiyanın işlərinin icrası və nəzarəti üçün müvafiq katibliyin vəzifələri müəyyənləşdirilir. Dəyişikliklər, həmçinin bir sıra dəqiqləşdirmə və uyğunlaşdırmaları nəzərdə tutur.

Gündəlikdə duran növbəti məsələ Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olub. Layihəyə görə, uşaqlar üzərində qəyyumluq və himayəçilik funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcək.

Gündəliyin üçüncü məsələsi olan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verən Komitə sədri Zahid Oruc deyib ki, dəyişikliklər məişət zorakılığının qarşısının alınması, qurbanların hüquqlarının qorunması və məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sonra iclasda birinci oxunuşda olan gündəliyin sonuncu məsələsi - “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Qeyd olunub ki, qanun layihəsi mənzil fondunun özəlləşdirilməsi ilə bağlı sənədlərin elektron yolla əldə olunmasını nəzərdə tutur.

Qanun layihələrinin müzakirəsində çıxış edən deputatlar təqdim olunan qanun layihələrinin əhəmiyyətini vurğulayıb, dəyişikliklər barədə fikirlərini bildirib, suallarını səsləndiriblər.

İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov deputatların qaldırdığı məsələlərə münasibət bildirib, onların suallarını cavablandırıblar.

Deputatlar müzakirəyə çıxarılan qanun layihələrinin hər birini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri