Icma.az
close
up
RU
Milli Məclisin komitə iclasında iki qanun layihəsi müzakirə edilib

Milli Məclisin komitə iclasında iki qanun layihəsi müzakirə edilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Fevralın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bu xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədilə hazırlanıb.

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verən Musa Quliyev deyib ki, layihə bir sıra müddəaları yeni qanunvericilik normalarına uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Sonra qanun layihələrində nəzərdə tutulan mahiyyət və məzmun dəyişikliklərinin ətraflı şərhini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci qanun layihəsi ilə bağlı diqqətə çatdırıb ki, sənəddə təklif olunan dəyişikliklərdə sosial xidmətin obyekti və subyekti olan şəxslərin bir-birinin şərəf və ləyaqətinə hörmətlə yanaşması, sosial xidmətbarədə müraciətə baxılması və digər prosedur məsələlərin konkretləşdirilməsi, ehtiyacı olan bütün şəxslərin sosial xidmətlərlə əhatə dairəsinin genişləndirilməsi, sosial xidmətlərin sırasına sosial-mədəni xidmət növünün də əlavə edilməsi kimi məsələlər öz əksini tapıb. Həmçinin layihədə sosial xidmətlərin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarətin hansı qaydada aparılması müəyyən edilib.

İkinci qanun layihəsi barədə fikirlərini bölüşən Adil Vəliyev qeyd edib ki, təklif olunan dəyişikliklərdə Çernobıl qəzasının ağır təsirlərinə məruz qalmış şəxslərə verilən kompensasiyaların unifikasiyası, habelə onların mənzil sahəsi ilə təminatı müddəaların təkmilləşdirilməsi nəzərdə tutulub.

Layihələrin müzakirəsində deputatlar Ziyad Səmədzadə, Vüqar Bayramov, Jalə Əliyeva, Əziz Ələkbərov, Soltan Məmmədov, Sevinc Hüseynova çıxış edib, fikirlərini və suallarını səsləndiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri