Icma.az
close
up
RU
Milli Məclisin payız marafonu başlandı

Milli Məclisin payız marafonu başlandı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezidentin geri qaytardığı qanun layihəsinə yenidən baxıldı

Milli Məclisin 2026-cı il payız sessiyasının ilk plenar iclası keçirildi. Uzunmüddətli yay fasiləsindən sonra keçirilən iclasın gündəliyinə 16 məsələ daxil edilmişdi. İclasa Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik edirdi.

İclas Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra 27 Sentyabr – Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı müzakirəyə çıxarıldı və qəbul edildi. Bəyanatın mətnini deputat Ramid Namazov səsləndirdi. Spiker Sahibə Qafarova isə çıxışında 27 sentyabrın Azərbaycan üçün tarixi və mənəvi əhəmiyyətini vurğuladı.

Deputatlar 2026-cı il payız sessiyasının qanunvericilik işləri planını təsdiqlədilər. Planda dövlət büdcəsi zərfinə daxil olan layihələr, yeni Dövlət Qulluğu Məcəlləsi və digər qanunvericilik təşəbbüslərinin müzakirəsi yer alırdı.

İclasın ən çox diqqətçəkən məsələlərindən biri Prezidentin etirazı ilə Milli Məclisə qaytarılmış qanun layihəsi oldu. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişikliklərdən gedirdi. Qanun iyulun 14-də parlament tərəfindən qəbul edilmiş, daha sonra Prezident tərəfindən yenidən baxılması üçün Milli Məclisə qaytarılmışdı. Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov iclasda qanunun geri qaytarılmasının səbəblərini açıqladı. Onun sözlərinə görə, layihə aidiyyəti dövlət qurumları ilə yenidən müzakirə olunaraq təkmilləşdirilib: “Təqdim olunan layihə məhz bu çağırışa cavab verməklə yanaşı, layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərə tətbiq olunmuş, o, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrinin vahid təşviq yanaşmasında birləşdirilir. Həmçinin innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir”. Təkmilləşdirilmiş layihə parlamentdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

Xatırladaq ki, dəyişikliklər rəqəmsal texnologiyalar, startaplar, texnologiyalar parkları və yüksəkixtisaslı mütəxəssislər üçün bir sıra vergi və digər güzəştləri nəzərdə tutur. Qəbul edilən dəyişikliklərə əsasən, “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektləri üçün vergi güzəştlərinin müddəti artırılır. Hazırda startapların innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə tətbiq olunan üçillik güzəşt müddətinin yeddi ilə qədər artırılması nəzərdə tutulur. Bundan başqa, müəyyən investisiyalar, dividendlər, kraudfandinq və vençur kapitalı ilə bağlı gəlirlər üçün də uzunmüddətli vergi güzəştləri müəyyən edilir.

Vergi Məcəlləsinə dəyişikliklər çərçivəsində yüksəkixtisaslı miqrantların Azərbaycanda əldə etdikləri gəlirlərlə bağlı 20 illik gəlir vergisi güzəşti də nəzərdə tutulurdu. Həmçinin rəqəmsal səyyahlar üçün işgüzar səfər vizası mexanizminin yaradılması təklif olundu. Bu dəyişikliklər rəqəmsal texnologiyalar sahəsində çalışan şəxslərin Azərbaycanda fəaliyyət imkanlarının genişləndirilməsinə yönəlib.

Dəyişikliklərdə pay və ya səhm iştirakı planları çərçivəsində səhm əldə edən işçilərlə bağlı da gəlir vergisindən azadolma hallarının müəyyənləşdirilməsi nəzərdə yer alırdı.

***

İclasda “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik layihəsi də müzakirə olundu. Təklifə əsasən, satınalma komissiyasının startap və texnopark rezidentlərinin xeyrinə 20 faizlik güzəşt tətbiq etməsi öhdəlik kimi müəyyənləşdirilir. Bununla yanaşı, innovativ məhsulların satın alınması üçün pilot layihələrə imkan verən mexanizmlər də nəzərdə tutulur. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirdi ki, innovativ sahibkarlığa dövlət dəstəyi müəyyən meyarlarla, o cümlədən ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndiriləcək.

Parlament Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutan sazişi birinci oxunuşda təsdiqlədi. Saziş 2026-cı il iyulun 8-də Bakıda imzalanıb. Sənədə əsasən, iki ölkənin ümumvətəndaş pasportu sahibləri qarşı tərəfin ərazisinə vizasız daxil ola, oradan çıxa və tranzit keçə biləcəklər.

Milli Məclis “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolu da təsdiqlədi. Protokol cinayət işləri üzrə dövlətlərarası hüquqi yardım mexanizmlərinin genişləndirilməsini, sorğuların icrası və səlahiyyətli qurumlar arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur.

Azərbaycan və Monqolustan arasında hava əlaqəsi haqqında saziş də parlament tərəfindən təsdiqləndi. Saziş 6 may 2026-cı ildə Leypsiqdə imzalanıb və iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyənləşdirir. Bundan başqa, deputatlar Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlığa dair sazişə dəyişiklikləri nəzərdə tutan protokolu da müzakirə etdilər. Sənədlə 1999-cu ildə imzalanmış sazişdə səlahiyyətli qurumlarla bağlı müddəaların yenilənməsi nəzərdə tutulur. Protokol parlamentdə təsdiqləndi. Azərbaycan və Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş də gündəliyə daxil idi. 2026-cı il iyulun 8-də Bakıda imzalanan 17 maddəlik saziş tərəflər arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatların qorunmasını nəzərdə tutur. Azərbaycan tərəfdən səlahiyyətli təhlükəsizlik qurumu Dövlət Təhlükəsizliyi Xidməti, Slovakiya tərəfdən isə Milli Təhlükəsizlik Qurumu müəyyən edilir. Qeyd olunan layihələr səsverməyə çıxarılaraq hər biri ilk oxunuşda qəbul edildi.

Parlamentin gündəliyində Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən Quba-Xəzəryanı ərazisi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş də yer alırdı. Saziş Azərbaycan Dövlət Neft Şirkəti, “Gran Tierra Energy (Azerbaijan) GmbH” və “SOCAR Quba-Xəzəryanı” MMC arasında bağlanıb. Millət vəkillərinin müzakirəsindən sonra sözügedən saziş təsdiqləndi.

***

Payız sessiyasının ilk iclasında yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsi də birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihədə dövlət qulluğunun ümumi qaydalarının vahid məcəllədə sistemləşdirilməsi, dövlət orqanlarının və vəzifələrin təsnifatı, dövlət qulluqçularının hüquq və vəzifələri, müsabiqə və müsahibə mexanizmləri, qulluq stajı, ixtisas dərəcələri, əməkhaqqı, rotasiya və digər məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Layihədə dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi, qanunsuz tapşırıqların icrasından imtina etməsi və neqativ hallarla bağlı müraciət mexanizmləri ilə bağlı ayrıca normalar da nəzərdə tutulur. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

İclasda deputat Siyavuş Novruzov bələdiyyələrin maliyyə imkanlarının artırılması məsələsini qaldırdı. O bildirdi ki, təxminən 500 min fərdi evin çıxarışı olmadığı üçün həmin evlərdən əmlak vergisinin toplanmasında problem yaranır. Deputat sənədsiz evlərin dövlət qeydiyyatına alınmasının sürətləndirilməsini təklif etdi. Millət vəkili, həmçinin bələdiyyələrin mülkiyyət xəritələrinin təqdim edilməməsinin onların fəaliyyətinə mane olduğunu deyərək və bu məsələnin həllinə çağırdı.

Parlamentdə süni intellekt və sosial media ilə bağlı ayrıca qanunvericilik yaradılması, sosial şəbəkələrdə radikallaşma və qütbləşməyə qarşı tədbirlərin görülməsi, bələdiyyələrin maliyyə imkanlarının artırılması kimi məsələlər də gündəmə gətirildi.

Beləliklə, payız sessiyasının ilk plenar iclası başa çatdı.

Tacir SADIQOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri