Icma.az
close
up
RU
Milli Məclisin sədri MDB PAnın 57ci iclasında COP29 haqqında məlumat verib

Milli Məclisin sədri MDB PAnın 57ci iclasında COP29 haqqında məlumat verib

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildirilib ki, Sahibə Qafarova Parlamentlərarası Assambleya çərçivəsində əməkdaşlığın Birlik ölkələri üçün səmərəli tərəfdaşlıq mexanizminə çevrildiyini, bunun da müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb.

MDB PA-çərçivəsində keçirdiyi görüşlərdə və çıxışlarında COP29 haqqında geniş məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası Assambleyanın plenar iclasında bir daha bu mövzuya toxunub. O xatırladıb ki, 196 ölkədən 70 mindən çox qonağın, o cümlədən 80-dən çox prezident, vitse-prezident və digər şəxslərin iştirakı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası başa çatmaq üzrədir. Yekdilliklə ev sahibi ölkə kimi seçilən Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə ümumi yanaşmalara nail olmaq üçün bütün səylərini göstərib. COP29 çərçivəsində əldə olunan uğurlar beynəlxalq ictimaiyyətin bu məsələdə həmrəy və ardıcıl olacağına ümid yaradır.

Parlamentlərin də bu prosesə öz töhfələrini verdiyini söyləyən Sahibə Qafarova COP29 çərçivəsində Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə parlamentlərin və digər beynəlxalq strukturların 90-dan çox nümayəndə heyətinin iştirakı ilə Parlament İclasının keçirildiyini xatırladıb. Milli Məclisin sədri məlumat verib ki, iki gün davam edən görüş və yekun sənəd iqlim dəyişikliyi ilə mübarizədə bizim ümumi mövqelərimizin ifadəsi idi.

MDB Parlamentlərarası Assambleyasının öz fəaliyyətinin beynəlxalq istiqamətini fəal şəkildə inkişaf etdirdiyini söyləyən Milli Məclisin sədri əlavə edib ki, bu fəaliyyətin praktiki həyata keçirilməsi formalarından biri də 2024-cü ilin iyulunda Sankt-Peterburq şəhərində BRICS ölkələrinin Parlament Forumunun plenar sessiyasının keçirilməsi olub.

Çıxışda MDB PA-ya üzv dövlətlərin Demokratiyanın, parlamentarizmin və vətəndaşların seçki hüquqlarına əməl olunmasının inkişafının monitorinqi üzrə Beynəlxalq İnstitutun, o cümlədən onun 2007-ci ildən fəaliyyət göstərən Bakı filialının fəaliyyəti və töhfələri də diqqətə çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 22 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see354

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see191

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see133

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see131

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see130

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see129

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see128

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri