Icma.az
close
up
RU
Milli Məclisin Sədri MDB PAnın 57ci iclasında

Milli Məclisin Sədri MDB PAnın 57ci iclasında

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin Sədri Sahibə Qafarova noyabrın 22-də Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib.

Sahibə Qafarova xatırladıb ki, 196 ölkədən 70 mindən çox qonağın, o cümlədən 80-dən çox prezident, vitse-prezident və digər şəxslərin iştirakı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası başa çatmaq üzrədir. Yekdilliklə ev sahibi ölkə kimi seçilən Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə ümumi yanaşmalara nail olmaq üçün bütün səylərini göstərib. COP29 çərçivəsində əldə olunan uğurlar beynəlxalq ictimaiyyətin bu məsələdə həmrəy və ardıcıl olacağına ümid yaradır.

Parlamentlərin də bu prosesə öz töhfələrini verdiyini söyləyən Sahibə Qafarova COP29 çərçivəsində Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə parlamentlərin və digər beynəlxalq strukturların 90-dan çox nümayəndə heyətinin iştirakı ilə Parlament İclasının keçirildiyini xatırladıb.

MDB Parlamentlərarası Assambleyasının öz fəaliyyətinin beynəlxalq istiqamətini fəal şəkildə inkişaf etdirdiyini söyləyən Milli Məclisin Sədri əlavə edib ki, bu fəaliyyətin praktiki həyata keçirilməsi formalarından biri də 2024-cü ilin iyulunda Sankt-Peterburq şəhərində BRICS ölkələrinin Parlament Forumunun plenar sessiyasının keçirilməsi olub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri