Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlamentin nümayəndə heyəti martın 10-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova abidənin önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.
Sonra Milli Məclisin sədri Qəhrəmanlar Meydanında Memorial kompleksi ziyarət edib. O, burada Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.
Daha sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Bu mövzuda digər xəbərlər:Sahibə Qafarova Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
19 Dekabr 2024 10:41
Milli Məclisin sədri Daşkənddə Heydər Əliyevin abidəsini ziyarət edib
04 Aprel 2025 18:40
Tbilisidə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
24 Aprel 2025 15:08
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası
15 Noyabr 2024 18:27
Baxış sayı:110
Bu xəbər 10 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















