Icma.az
close
up
RU
Milli Mətbuat Günü Qaradağda qeyd edildi

Milli Mətbuat Günü Qaradağda qeyd edildi

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

22 iyul – Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, aparatın məsul əməkdaşları, qəzet, informasiya agentlikləri, televiziya kanallarının və digər onlayn media resurslarının əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov milli mətbuatımızın yaranmasının 150 illik yubileyi münasibətilə tədbir iştirakçılarını səmimi-qəlbdən təbrik edərək, ölkə mətbuatının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib.

Bildirib ki, dövrün aparıcı qələm sahibləri milli şüurun formalaşmasında, xalqın maarifləndirilməsində mühüm rol oynayıb, sözün gücü ilə cəmiyyətə təsir göstəriblər. Bu ənənə bu gün də uğurla davam etdirilir.

Tədbirdə vurğulanıb ki, ümummilli lider Heydər Əliyev demokratik cəmiyyətin qurulmasında mətbuatın roluna xüsusi əhəmiyyət vermiş, senzuranın ləğvi, KİV-lərin azad və müstəqil fəaliyyət göstərməsi üçün geniş imkanlar yaratmışdır. Ulu Öndərin siyasi iradəsi ilə formalaşmış bu yol bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Natiqlər qeyd ediblər ki, hazırda ölkədə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının müvafiq sərəncamları ilə KİV nümayəndələri üçün yaşayış binalarının inşası və istifadəyə verilməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə xatirə hədiyyələri təqdim olunmuşdur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 İyul 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri