Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyulun 22-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan mərasim keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Medianın İnkişafı Agentliyi Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan milli mətbuatı ölkəmizin ictimai fikir tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli özünüdərkin və maarifçilik ideyalarının formalaşmasında mühüm rol oynayıb. O vurğulayıb ki, Azərbaycan mətbuatı ötən dövr ərzində cəmiyyətin inkişafına, milli dəyərlərin qorunmasına və ictimai şüurun formalaşmasına mühüm töhfələr verib.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova müasir media mühitində etik jurnalistika prinsiplərinin, peşəkar həmrəyliyin və media subyektləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, etibarlı informasiya mühitinin formalaşdırılması və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində media nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür.
Azərbaycan Teleradio QSC-nin sədr müavini Rafiq Həşimov çıxışında Azərbaycan milli mətbuatının ayrılmaz tərkib hissəsi olan televiziya və radionun cəmiyyətin maarifləndirilməsində, milli-mənəvi dəyərlərin təbliğində və mədəni irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.
Daha sonra Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Mərasim bədii hissə ilə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 23 İyul 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















