Icma.az
close
up
RU
Milli Mətbuatın yubiley medalının hazırlanması uğurlu təşəbbüsdür Tanınmış jurnalistlər

Milli Mətbuatın yubiley medalının hazırlanması uğurlu təşəbbüsdür Tanınmış jurnalistlər

Modern.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı hazırlanacaq. Bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olub.

Tanınmış jurnalistlər qanun layihəsi barədə Modern.az saytına danışıblar.
Əməkdar jurnalist, AzərTAc-ın İdarə Heyətinin sədr müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov:
 


“Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı tədbirlər keçirilə, fəaliyyətində fərqlənən jurnalistlərə fəxri adlar verilə bilər. Güman edirəm ki, bu addım atılacaq. Yubiley medalının hazırlanması da uğurlu təşəbbüsdür. O da yəqin ki, əməyində, fəaliyyətində fərqlənən jurnalistlərə təqdim ediləcək”.


Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:
 


“Yubiley medalının təsis edilməsi barədə xəbərdən çox məmnun oldum. Yubiley medalının təsis edilməsi o deməkdir ki, milli mətbuatımızın 150 illiyilə bağlı dövlət səviyyəsində əvvəlcədən planlar cızılıb. Belə bir medalın təsis edilməsi təqdirəlayiq addımdır. Çünki Azərbaycan xalqının milli oyanışında, cəmiyyət quruculuğu prosesində milli mətbuatın həmişə rolu çox böyük olub. Cümhuriyyət qurucularımızın da əksəriyyəti publisistlərimiz, jurnalistlərimizdir. Azərbaycan müstəqilliyini bərpa edəndə də ön sıralarda mübarizə aparan,  cəmiyyəti fəallaşdıran, onu maarifləndirən də jurnalistlərimiz olub. Ona görə də dövlət tərəfindən jurnalistlərə bu cür diqqətin göstərilməsini müsbət hadisə hesab edirəm. Biz 150 ilə çox ciddi hazırlaşmalıyıq”.
 

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:
 


“Milli mətbuatın 150 illiyi ilə bağlı medalın hazırlanması gözlənilən addım idi. Bu, Azərbaycanda mətbuatın inkişafına dövlət və ictimai dəstəyin zirvəsi sayıla biləcək qərardır. Əgər Milli Məclis qanun layihəsini təsdiqləyərsə, bu, bütün media nümayəndələrinin ürəyincə olacaq. Yəqin ki, məsələ Milli Məclisin müzakirəsinə çıxarılıbsa, məqbul qərar veriləcək. Azərbaycan mətbuatının 150 illik medalı mətbuatımızın 150 ildə inkişafına dövlətin ən mühüm töhfəsi olacaq. 
Yəqin ki, Azərbaycan jurnalistlərinin hamısının bu medalı almaq arzusu baş qaldıracaq. Bunu jurnalistlərin xoşbəxtliyi saymaq olar”.
 

"Report" İnfiormasiya Agentliyinin baş redaktoru Murad Əliyev:
 


“Milli mətbuatımızın 150 illik yubileyinin təsis olunması biz media təmsilçiləri üçün olduqca əlamətdar hadisədir. Bir əsr yarımlıq tarix ərzində Azərbaycan mətbuatı çox keşməkeşli və qürurlu yol keçib, biz də o yolun bir hissəsini addımlamaq şərəfinə nail olmuşuq. Hesab edirəm ki, Azərbaycan mətbuatının 150 illiyilə bağlı yubiley medalının təsis edilməsi medianın cəfasını çəkənlərə verilən dəyərin göstəricisidir. Ümumiyyətlə, bu il istər paytaxtda, istər ölkənin regionlarında milli mətbuatın 150 illiyinin qeyd edilməsi ilə bağlı genişmiqyaslı tədbirlərin keçirilməsini zəruri hesab edirəm. Azərbaycan jurnalistləri həm dövlət, həm özəl sektor, həm də vətəndaş cəmiyyəti nümayəndələri ilə məhsuldar əməkdaşlıq edirlər və bunu nəzərə alaraq yubiley tədbirlərinin bütün səviyyələrdə geniş təşkilini gözləyirəm. Xüsusən də bir çox sosial media fenomlenlərinin zərərli kontentinin yayıldığı bir dövrdə peşəkar jurnalistlərin fəaliyyətinin nə qədər vacibliyinin şahidi oluruq. Məncə, bu fəaliyyətin cəmiyyətdə daha da təşviq edilməsi üçün 150 illik yubiley bir gözəl imkan ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri