Icma.az
close
up
RU
Milli nəşrlərimizin dünya təqdimatı

Milli nəşrlərimizin dünya təqdimatı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Türkiyənin paytaxtında 21-ci Ankara Kitab Sərgi-Yarmarkası davam edir. Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Ankaradakı səfirliyinin yanında Mədəniyyət Mərkəzinin təşkil etdiyi sərgidə Azərbaycanın aparıcı nəşriyyatlarının məhsulu olan kitablar sərgilənir.

Azərbaycan beynəlxalq yarmarkanın fəxri qonağı seçilib. Qeyd edək ki, bir ay öncə 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində də ölkəmiz fəxri qonaq kimi tanınmışdı. Bu, iki ölkə arasında mədəni bağların necə möhkəm olduğunu göstərir. Daha bir fərəhli hal Ankara kitab bayramının təşkilat komitəsi tərəfindən Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun kitab sərgisinin “beynəlxalq fəxri qonağı” elan edilməsidir.

Türkiyə paytaxtındakı “ATO Congresium” mərkəzində keçirilən sərginin açılışında nəşriyyatların nümayəndələri, yazıçılar, tənqidçilər, kitabxanaların, dövlət qurumlarının əməkdaşları iştirak ediblər. Çoxsaylı ziyarətçilərin gəlişi ilə sərgi daha da möhtəşəm xarakter alıb.

Mərasimdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov sərginin təşkilini yüksək qiymətləndirərək, mütaliənin xüsusilə gənclər arasında vərdişə çevrilməsinin zəruriliyini vurğulayıb. O deyib: “Kitab və məktəb hər bir insanın inkişafının əsasını təşkil edən anlayışlardır. Kitabların uşaqların və yeniyetmələrin inkişafına töhfəsi valideynlərin əməyi qədər əhəmiyyətlidir. Türk xalqlarının bir-birinə daha da yaxınlaşması üçün sərgi tədbirlərinin təşkili vacibdir. Ümidvaram ki, 21-ci Kitab Sərgisi Azərbaycanın zəngin mədəniyyəti, tarixi və bu günü haqqında qardaş ölkə ictimaiyyətinin məlumatlandırılmasına mühüm töhfə verəcək”.

Akademik Nizami Cəfərov çıxışında türk mədəni irsinin zənginliyinə diqqət çəkərək, bir çox başqa xalqlardan fərqli olaraq, türklərin bütün dövrlərdə xüsusi mədəni çoxşaxəliliyə malik olduğunu qeyd edib. O, türkiyəli gənclərin kitaba marağından məmnunluğunu ifadə edib: “Sevindirici haldır ki, bugünkü sərgini ziyarət edənlərin əksəriyyəti uşaq və yeniyetmələrdir”.

Kitab sərgisinin qonaqlarını salamlayan Türkiyənin mədəniyyət nazirinin müavini Batuhan Mumcu Azərbaycanın öz ölkəsinin hər bir sakini üçün xüsusi əhəmiyyətini vurğulayıb. O da hər kəsi gənclər arasında mütaliənin kütləviləşməsinə çalışmağa çağırıb. “Hər bir cəmiyyət üçün uşağı oxumağa həvəsləndirmək, ona kitabı sevməyi və qiymətləndirməyi öyrətmək xüsusilə vacibdir”, – deyə B.Mumcu bildirib.

Sərgidə ən zəngin bölmə Azərbaycan Mədəniyyət Mərkəzinin səyləri ilə yaradılan milli stendimiz sayılır. Burada ziyarətçilər üçün milli tariximiz, Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri və mədəniyyəti haqqında çap məhsulları ilə tanış olmaq, istədikləri kitabları sərfəli qiymətlərlə almaq imkanı yaradılıb.

Kitab bayramı çərçivəsində ötən bazar günü Məhəmməd Füzulinin 530 illiyi münasibətilə buraxılmış “Füzulinin divanı” adlı əsərlər toplusunun təqdimatı olub. Mərasimdə diplomatlar, alimlər, ədəbiyyatşünaslar, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qazi Universitetinin (Ankara) Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, professor İsmet Çetin, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Gəncə Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Qazi Universitetinin (Ankara) Türk dili və ictimai elmlər kafedrasının müəllimi, professor Halil Çeltik və başqaları bütün bəşəriyyətin sərvəti sayılan Füzuli irsinin bir çox xalqlarının ədəbiyyatına mühüm təsir göstərdiyini qeyd ediblər. Natiqlər böyük şair və mütəfəkkirin bədii-fəlsəfi yaradıcılığının ədəbi fikir tarixində mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, “Füzuli divanı”nın təqdimatı dahi Azərbaycan şairinin 530 illik yubileyinə layiqli töhfədir. Tədbir “Azərbaycan rüzgarları” musiqi qrupunun çıxışı ilə başa çatıb.

Akademik Nizami Cəfərov XQ-yə müsahibəsində sərgi-yarmarka barədə fikirlərini bildirərək dedi:

– Həqiqətən də, möhtəşəm sərgidir. Burada çoxsaylı ziyalılarımız iştirak edirlər. Gün ərzində, ən azı, 2–3 sanballı tədbir – konfrans, təqdimat və görüş keçirilir. Dahi mütəfəkkirlərimiz Nizami Gəncəvi, Məhəmməd Füzuli geniş təbliğ olunurlar. Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi kitabların təqdimatı xüsusilə böyük maraq doğurur. Deyim ki, bu sərgi-yarmarka səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin ilk böyük işidir. Xüsusilə bu qurumun sədri Samir Abbasovun təşkilatçılıq səylərini yüksək qiymətləndirirəm. Azərbaycan stendində Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun “Füyuzat” jurnlının təqdimatı da yaddaqalan oldu.

Məlum olduğu kimi, böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906–1907-ci illərdə nəşr olunan “Füyuzat” jurnalının mətbuat tariximizdə özünəməxsus yeri var. Ətrafında Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi tanınmış ziyalıları toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır. Lakin “Füyuzat” jurnalının o vaxt yalnız 32 sayı işıq üzü görmüş, mütərəqqi və milli fikirləri təbliğ etdiyinə görə müstəbid çar hökuməti tərəfindən nəşri dayandırılmışdır. Nəhayət, 2007-ci ildə irsimizin ayrılmaz parçası olan bu jurnal bərpa edilmiş, “Füyuzat”ın çapı bu gün də davam etdirilir.

Artıq 17 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Dərgini mətbuat sahəsində çalışan ziyalılarımız böyük rəğbətlə qarşılayır, onun xarici ölkələrdə, xüsusilə də Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarında Turan məfkurəsinin təbliğindəki rolu yüksək dəyərləndirilir.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) Yayımları direktoru, “Füyuzat”ın redaktoru Əsəd Aslanoğlu təqdimatda deyib: “Azərbaycanın sərgidə həm fəxri qonaq olması, həm də xüsusi stendinin təşkili iştirakçıların diqqətini çəkir. Burada bizim mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi əks etdirən bir çox ədəbi nümunələr var. Bu kimi tədbirlərin təşkili Azərbaycan mədəniyyətinin təbliğinə xidmət deməkdir”.

Onu da qeyd edək ki, 21-ci Ankara Kitab Sərgi-Yarmarkası çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsi və təbliğinə dair Memorandumun imzalanması mərasimi də keçirilib. Memoranduma uyğun olaraq, Türkiyədə, xüsusilə də qardaş ölkənin universitetlərində Nizami irsinin tədqiqi və geniş ictimaiyyətə çatdırılması üçün çoxsaylı layihələr həyata keçiriləcək. Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin obrazı və türk mədəniyyətində Mövlanə Cəlaləddin Ruminin yaradıcılığına dair birgə monoqrafiyaların hazırlanması da bu sıradandır. Həmçinin Gəncədə nəşr olunan “Nizamişünaslıq” jurnalında türk alimlərinin məqalələrini dərc etmək nəzərdə tutulub. Mərasimdə bildirilib ki, dünyanın bir sıra ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Özbəkistan və Pakistandan olan alimlər “Nizamişünaslıq” jurnalında öz yazıları ilə çıxış edirlər.

Ankara Kitab Sərgisində “Xalq Bank”ın “Xalq Əmanəti” kitab seriyasından nəşr etdirdiyi nəfis tərtibatlı kitablar da təqdim olunur. Bu layihənin rəhbəri – “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini, ssenarist, rejissor, aparıcı, Əməkdar artist Rafiq Həşimov bizimlə söhbətində sərginin uğurla keçdiyini bildirdi:

– Layihəmizin məqsədi Azərbaycanın mədəniyyət, incəsənət xadimlərinin, rəssam, şair və yazıçıların əsərlərini bir neçə dünya dilinə tərcümə edib dünya kitabxanalarına, xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarımıza, eyni zamanda, xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinə, mədəniyyət mərkəzlərinə və digər kitabsevərlərə hədiyyə etməkdir. Bu sərgidə də Azərbaycan, rus və ingilis dillərində nəşrlərimiz yer alır. Stendimiz çox böyük oxucu marağına səbəb olur. Buna görə qürurluyuq və Azərbaycanı təbliğ etməkdən şərəf duyuruq”.

Nəhayət əlavə edək ki, ötən günlərdə sərgi-yarmarkaya Türkiyənin hər yerindən 100 minlərlə kitabsevər qatılıb. Kitab bayramı dekabrın 8-dək davam edəcək.

Ə.NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri