Icma.az
close
up
RU
Milli parklar, qoruqlar, yasaqlıqlar canlıların son sığınacağı

Milli parklar, qoruqlar, yasaqlıqlar canlıların son sığınacağı

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür

Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil. Belə ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.
Azərbaycanda da ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirilir. Bununla yanaşı, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir, digər tərəfdən mövcud olanların əraziləri genişləndirilir. Ümumiyyətlə, xüsusi mühafizə olunan təbiət əraziləri sayı azalmaqda və nəsli tükənməkdə olan bitki və heyvan növlərini qorumağa hesablanıb.
Respublikamızda da xüsusi mühaifəzi olunan ərazilərin yaradılması və onların vaxtaşırı genişləndiirlməsi problemi dövlətin diqqət mərkəzindədir. Xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycan respublikasının milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır: dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları; milli parklar; dövlət təbiət yasaqlıqları; təbiət parkları; ekoloji parklar; təbiət abidələri; zooloji parklar; nəbatat bağları və dendroloji parklar; müalicə-sağlamlaşdırma yerləri və kurortlar. Bunlar içərisində Dövlət Təbiət qoruqları, Milli Parkları və Dövlət təbiət yasaqlıqlarının xüsusi çəkisi daha böyükdür.
Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10.31 faizini, ayrılıqda milli parklar ölkə ərazisinin 4.87, dövlət təbiət qoruqları 1.39, dövlət təbiət yasaqlıqları isə 4.05 faizini təşkil edir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Azərbaycanda ilk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğudur.
Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3 min 500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cu ildə yaradılmış Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. 2018-ci ildə yaradılan ən sonuncu milli park isə 100 hektaradək ərazini əhatə edən Qızılağac Milli Parkıdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında “Zaqatala-Balakən bioloji rezervatı”nın və Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkların yaradılması təşəbbüsləri irəli sürülüb. Hər iki layihənin icrası davam edir. Həmçinin İlisu Dövlət Təbiət Qoruğuna Milli Park statusunun verilməsi və Axar-baxar dağ silsiləsində yeni Milli Parkın yaradılması üçün işlər görülür. Bundan əlavə, Acınohur çölündə milli parkın yaradılması da planlaşdırılır.
2023-cü il sentyabrın 17-də UNESCO-nun Ümumdünya İrs Komitəsi Azərbaycanın Hirkan meşələrini UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edib.
Xüsusi mühafizə olunan təbiət ərazilərindən - Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Laçın, Qubadlı, Daşaltı, Arazboyu dövlət təbiət yasaqlıqları işğaldan azad edilmiş ərazilərdə yerləşir. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə həmin təbiət ərazilərinə ciddi ziyan vurulub. Lakin torpaqlarımız işğaldan azad edilən kimi həmin ərazilərdə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin də bərpası istiqamətində işlərə başlanılıb. Belə ki, ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq Bəsitçay Dövlət Təbiət Qoruğunun yenidən bərpa olunması ilə bağlı tədbirlər görülür. Ərazilər minalardan təmizləndikcə digər qoruq və yasaqlıqların bərpası, həmçinin onlara dəymiş ziyanın daha dəqiq hesablanması istiqamətində tədbirlər davam etdiriləcək.
Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır. Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.
Ötən il Azərbaycanın milli parklarını 260 mindən çox turist ziyarət edib. Ən çox ziyarətçiləri olan milli parklar arasında ilk üçlükdə Göygöl, Abşeron və Şahdağ milli parkları qərarlaşıb.
2024-cü “Yaşıl dünya naminə həmrəylik ili”nin ilk bayram günlərində isə Azərbaycanın müxtəlif ekosistemlərini əhatə edən milli parklara 5005 turist səfər edib.
Qeyd edək ki, bu gün ölkə ərazisindəki bütün milli parklarda “Açıq qapı” günü elan olunub. Hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.
Kiçik addımlar atmaq və təbiətə töhfə verə biləcək təşəbbüslərdə iştirak etməklə biz hamımız təbiət ərazilərinin qorunmasını və gələcək nəsillər üçün davamlı olmasını təmin edə bilərik.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi 3 kateqoriyaya bölünür: Milli parklar, Dövlət təbiət qoruqları və Dövlət təbiət yasaqlıqları.
Azərbaycanda qorunan ərazilərin yaradılmasını şərti şəkildə 3 mərhələyə bölmək olar: I mərhələ - ilk xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması (Eldar şamı Yasaqlığı – 1910-cu il), II mərhələ - qoruqların yaradılması (1925-1936-cı illərdə Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu, İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları), III mərhələ - 2003-cü ildə ilk milli parkların yaradılması.
Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 %, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir. 2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 min 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı yaradılıb. Hazırda isə “Zaqatala biosfer qoruğunun yaradılması” layihəsi üzrə işlər aparılır. Layihənin yekununda Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.
Milli parkların siyahısı:
Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı
Ağgöl Milli Parkı
Şirvan Milli Parkı
Hirkan Milli Parkı
Altıağac Milli Parkı
Abşeron Milli Parkı
Şahdağ Milli Parkı
Göy-göl Milli Parkı
Samur-Yalama Milli Parkı
Qızılağac Milli Parkı
Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil edir.
Bununla yanaşı bir Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və Bakı Dənizkənarı Milli Park (ərazisi 80 hektar) fəaliyyət göstərirlər.
Respublika rəhbərliyinin Azərbaycanın təbii sərvətlərinin mühafizəsinə və inkişafına dair tələblərin həyata keçirilməsi ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin və həmin ərazidəki bioloji müxtəlifliyin qorunması sahəsində ardıcıl, məqsədyönlü və intensiv iş aparılır.
Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Türyançay Dövlət Təbiət Qoruğu, Pirqulu Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu əraziləri 36,6 min ha. genişləndirilib və həmin qoruqların ümumi sahəsi 70,7 min ha çatdırılıb, Naxçıvan MR-da Ordubad Milli Parkı (12131 ha.) və Şahbuz Dövlət Təbiət Qoruğu (3139 ha.), Şirvan Milli Parkı (54374 ha.), Ağ-göl Milli Parkı (17924 ha.), Hirkan Milli Parkı (21435 ha.), Altıağac Milli Parkı (11035 ha.), Abşeron Milli Parkı (784 ha.), Eldar Şamı Dövlət Təbiət Qoruğu (1686 ha.), Qax rayonunda Qax Dövlət Təbiət Yasaqlığı (36836 ha.) yaradılıb. Qeyd edək ki, sonuncu milli park olan Qızılağac Milli Parkı 2018-ci il Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən yaradılıb.
Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Yanvar 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri