Icma.az
close
up
RU
Milli qəhrəman İlqar Mirzəyevin oğlundan təsirli paylaşım

Milli qəhrəman İlqar Mirzəyevin oğlundan təsirli paylaşım

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Canım atam. Şəhidlik məqamına ucalmağından 5 il ötdü. Sənsiz keçən illər mənə çox ağır oldu. Bəzən yoxluğun mənə qəribə gəlir. Çünki sağlığında elə böyük, elə gözəl, elə dəyərli insanıydın ki…”

Gununsesi.info xəbər verir ki, bunu Milli qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının şəhid olmasının 5-ci ildönümündə sosial şəbəkələrdəki paylaşımında bildirib.

E.Mirzəyev atasızlığın onun həyatında buraxdığı izləri belə təsvir edib: “Atasızlıq mənə həm həyatda qalmağı, həm də sənin dəyərini, yerini öyrətdi. Əmin ol ki, sən bütün sahələrdə öz vəzifəni mükəmməl yerinə yetirdin. İstər ata, istər şəxsiyyət, istərsə də zabit kimi… Nə xoş mənə ki, sənin kimi bir insanın övladı, davamçısıyam. İdealım, hər zaman çalışacam ki, sənin kimi şəxsiyyət, ATA olum. Sənin haqqda hər zaman danışılacaq, heç zaman unudulmayacaqsan. Sənin ardınca minlər, milyonlar bu şərəfli yola baş qoyacaqlar. Siz şəhidlərin bizlərə ötürdüyü, əmanət etdiyi bu doğma vətən hər zaman var olacaq, üçrəngli bayrağımız başımızın üstündə daim dalğalanacaqdır. Ruhun qarşısında baş əyirəm, qanının axdığı VƏTƏN torpağından öpürəm. Ailəmizə əmanət etdiyin şərəfli adını ucalardan uca edəcəyimizə söz veririk. İmkan verməyəcəyik ki, düşmən bir daha vətənimizə silah tuşlasın, xalqımıza güllə atsın. 5 il öncə yumruq olub düşmənin başını əzdik, bundan sonra da həmin qətiyyətlə həm sərhəddə, həm siyasətdə irəliləyəcəyik. Ruhun şad olsun, Qəhrəmanım! Ruhun şad olsun millətin Qəhrəmanı!”

Xatırladaq ki, iyulun 12-də baş verən və 5 gün davam edən Tovuz döyüşlərdə Azərbaycan Ordusunun ümumilikdə 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri