Icma.az
close
up
RU
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və siyasi sabitliyin başlanğıcıdır

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və siyasi sabitliyin başlanğıcıdır

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, taleyüklü qərarların qəbul olunduğu, dövlətin, xalqın gələcəyinin dəyişdiyi məqamları ifadə edir. 15 iyun – Milli Qurtuluş Günü məhz bu qəbildəndir. Bu tarix xalqın öz liderinə arxalanaraq dövlət müstəqilliyini, ictimai sabitliyini və gələcək rifahını xilas etməsinin, Azərbaycan dövlətinin uçurumun kənarından geri qaytarılmasının simvoludur. Bu gün həm də xalqın iradəsinin, liderlə milli həmrəyliyin, siyasi uzaqgörənliyin qələbəsidir.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, bu müstəqillik faktiki olaraq sabit və funksional dövlət idarəçiliyi ilə müşayiət olunmadı. Ölkə daxilində xaos, anarxiya, silahlı dəstələrin meydan suladığı bir mühit yaranmışdı. Qarabağ müharibəsi özünün ən gərgin mərhələsinə daxil olmuşdu. Azərbaycan həm cəbhədə, həm də daxildə çox ciddi təhdidlər və parçalanmalarla qarşı-qarşıya qalmışdı. 1992-ci ildə AXC-Müsavat hakimiyyəti xalqın ümidlərinə cavab vermədi, əksinə, idarəçilikdəki səriştəsizlik ölkəni böhrandan böhrana sürüklədi. Müxtəlif bölgələrdə separatizm meylləri baş qaldırır, Gəncə hadisələri ölkənin vətəndaş müharibəsinin astanasında olunduğunu göstərirdi. 1993-cü ilin yazında ölkənin gələcəyi ilə bağlı ümidsizlik pik nöqtəyə çatmışdı. Prezident Əbülfəz Elçibəyin faktiki olaraq siyasi arenadan çəkilməsi və Bakını tərk etməsi nəticəsində siyasi böhran yaranmışdı. Belə ağır bir məqamda xalqın ümidi yalnız bir şəxsə – siyasi uzaqgörənliyi və idarəetmə təcrübəsi ilə tanınan Heydər Əliyevə yönəldi. 1993-cü ilin iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya dəvət edilən Heydər Əliyev 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkə tarixində dönüş nöqtəsi oldu.

Heydər Əliyev hakimiyyətə gələr-gəlməz birinci növbədə sabitliyin təmin edilməsini prioritet seçdi. Müxtəlif regionlarda separatçı meyllər yatırıldı, silahlı dəstələr tərk-silah edildi, dövlət strukturları yenidən formalaşdırıldı. Onun hakimiyyətə qayıdışı ilə ictimai-siyasi xaos mərhələli şəkildə aradan qaldırıldı. Dövlətin dayanıqlı təməllər üzərində yenidən qurulması prosesi başlandı. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı təkcə siyasi liderin dönüşü deyildi. Bu Azərbaycanın dövlətçiliyinin bərpası idi. Əgər həmin vaxt bu dönüş olmasaydı, bu gün biz müstəqil dövlətimizdən danışa bilməzdik.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın gələcək inkişaf strategiyası müəyyən olundu. 1994-cü ildə “Əsrin müqaviləsi” adlandırılan neft kontraktı imzalandı və bu, Azərbaycanın beynəlxalq enerji sisteminə inteqrasiyasının əsasını qoydu. Xarici sərmayələr cəlb olundu, müstəqil iqtisadi siyasət formalaşdı. Məhz həmin müqavilənin nəticəsi olaraq bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi strateji enerji layihələri reallaşıb.

Siyasi sabitliyin təmin olunması fonunda hüquqi və sosial islahatlara da start verildi. 1995-ci ildə ilk Konstitusiyanın qəbul edilməsi, parlamentin formalaşması, hüquqi dövlətin qurulması istiqamətində atılmış mühüm addımlar idi. Həmin dövrdən etibarən Azərbaycan dövləti təkcə müstəqil dövlət olaraq yox, həm də beynəlxalq hüququn subyekti kimi formalaşmağa başladı.

Qurtuluşdan sonrakı mərhələdə milli ordu quruculuğu gücləndirildi. Azərbaycanın müstəqil ordusu formalaşdı, hərbi hissələr strukturlaşdırıldı, müdafiə sənayesi təşkili istiqamətində ilk addımlar atıldı. Xarici siyasətdə balanslı mövqe tutuldu, həm Qərb, həm də Rusiya və İslam dünyası ilə münasibətlər sistemli şəkildə inkişaf etdirildi. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bir sıra mühüm beynəlxalq təşkilatlara üzv olundu.

Xalqın Heydər Əliyevə etimadı 1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində əks olundu. Xalq ona yüksək səs faizilə etimad göstərdi. Bu həm də Qurtuluş Günü ilə başlayan dönüşün davamlılığının təminatı oldu. Heydər Əliyev xalqa verdiyi bütün vədləri bir-bir yerinə yetirdi. Sabitlik yaratdı, iqtisadiyyatı dirçəltdi, dövlətçiliyi qorudu.

Bugünkü reallıqlar göstərir ki, 15 iyunda atılan siyasi və ideoloji təməllər zamanla Azərbaycan dövlətinin müstəqilliyinin ən möhkəm sütunlarına çevrilmişdir. Heydər Əliyevin başladığı qurtuluş missiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə davam etdirilmədi, həm də yeni zirvələrə yüksəldi. Bu gün Azərbaycan təkcə regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan, suveren qərarlar qəbul edən, güclü iqtisadi və hərbi potensiala malik olan bir dövlətdir.

2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanın işğalçı qüvvələrinə sarsıdıcı zərbələr endirərək, 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımızı azad etdi. Bu, təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil, həm də xalqın milli ləyaqətinin, tarixi ədalətin bərpası idi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası öz suverenliyini Xankəndi də daxil olmaqla bütün Qarabağ ərazisində tam bərpa etdi. Ermənistanın qondarma rejimi tamamilə ləğv edildi. Bu gün Azərbaycan dövləti sülh və quruculuqla dünyaya nümunə göstərir. Azad edilmiş torpaqlarda nəhəng bərpa və yenidənqurma işləri aparılır. Füzuli, Laçın, Şuşa, Zəngilan, Ağdam kimi şəhərlərdə yeni aeroportlar, yollar, elektrik stansiyaları, məktəblər, xəstəxanalar tikilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə insan öz doğma yurduna dönüb. Bu dövlətin və xalqın öz tarixini necə inamla yazdığının bariz sübutudur.

Prezident cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qurtuluşdan başlanan yol bizi Zəfərə gətirdi. O bildirib: “Əgər 1993-cü ildə Azərbaycan vətəndaşları Heydər Əliyevi dəvət etməsəydilər, bu gün biz nə azad edilmiş torpaqlardan, nə də suverenlikdən danışa bilərdik. Qurtuluş olmasaydı, Zəfər də olmazdı.” Bu strateji yanaşma Azərbaycan tarixinin bütöv və mənalı şəkildə bir sistem kimi formalaşdığını göstərir.

Bu gün Azərbaycan dövləti öz siyasi kursunu tam müstəqil şəkildə müəyyən edir. Hərbi gücü ilə özünü müdafiə edə bilir, enerji layihələri ilə regionun iqtisadi dinamikasını müəyyən edir, beynəlxalq təşkilatlarda milli maraqlara uyğun mövqedən çıxış edir. Bütün bunlar suverenlik anlayışının real məzmununu təşkil edir. Suverenlik bu gün bizim yalnız hüququmuz deyil, həm də reallığımız, siyasi və hərbi gücümüzün nəticəsidir. Milli Qurtuluş Günü bu reallığın başlanğıc nöqtəsidir. Bu tarix bir dövlətin öz varlığını qorumaq üçün necə səfərbər olduğunu, bir liderin xalqla birlikdə hansı möcüzələrə imza ata biləcəyini nümayiş etdirdi.

15 iyun təkcə siyasi liderin qayıdışı deyil, eyni zamanda milli yaddaşın və birliyin zirvəyə qalxdığı gündür. Bu gün xalqın dövlətə inamının, dövlətin xalqla bir olmasının rəmzidir. Hər bir azərbaycanlının yaddaşında 15 iyun qurtuluş, sabitlik və gələcəyə inamın başlanğıcı kimi əbədiləşib. Bu gün biz məhz 15 iyunun töhfələrini yaşayırıq: güclü ordu, inkişaf etmiş iqtisadiyyat, nüfuzlu beynəlxalq mövqe, işğaldan azad olunmuş ərazilər, quruculuq və bərpa işləri. Bütün bunların təməli 1993-cü ilin iyununda – xalqla liderin yenidən birləşdiyi gündə qoyulub. Bu səbəbdən 15 iyun – Milli Qurtuluş Günü təkcə keçmişə hörmət deyil, həm də gələcək nəsillərə bir məsuliyyət çağırışıdır. Bu gün bizi sabahın güclü, suveren və firavan Azərbaycanı üçün daha məsuliyyətli və iradəli olmağa səsləyir.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see662

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see182

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see159

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see157

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see154

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see152

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see149

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see147

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see146

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see145

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see144

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see141

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see141

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see139

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see137

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see135

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see132

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see131

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri