Icma.az
close
up
RU
Milli Teatrda Payız sonatası hazırlanır

Milli Teatrda Payız sonatası hazırlanır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 23 may, AZƏRTAC

Akademik Milli Dram Teatrında İnqmar Berqmanın “Payız sonatası” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Bu barədə AZƏRTAC-a Akademik Milli Dram Teatrından bildirilib.

Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Vüsal Rəhimov, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Həsənov, plastik həlli Lalə Hacıyeva, rejissor assistenti isə Könül Kərimovadır.

Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, onları yeni səhnə əsərinin məşqlərinə başlanılması münasibətilə təbrik edib, uğurlar arzulayıb.

Yeni səhnə əsərində Xalq artisti Zemfira Nərimanova, Əməkdar artistlər Məsmə Aslanqızı və Elşən Rüstəmov iştirak edirlər.

Hər bir ailə gizli bir məbəd kimidir – bəzən duaların oxunduğu, bəzən isə ən ağır günahların sakitcə divarlara hopduğu bir məkan. Bu malikanə əslində yeddiillik bir sükutun və içdə böyüdülən nifrətin partlayış poliqonudur. Dünyaca məşhur pianoçu, sənətin və eşqin zirvəsində dayanan ana ilə onun kölgəsində böyüyən, sevgisizlikdən vaxtsız qocalan qızı illər sonra eyni damın altında üz-üzə gəlir.

Lakin bu görüş bir qucaqlaşma deyil, iki fərqli dünyanın qanlı toqquşmasıdır. Böyük sənət yaratmaq üçün insan öz doğmalarının ruhunu qurban verməlidirmi? Sənətkar eqoizmi harada bitir, ana vicdanı harada başlayır?

Evin hər küncündə, iflic vəziyyətdə dilsiz bir əzab kimi yaşayan o biri qız isə bu ailənin gizli qalmış simvoludur. O, ananın şüuraltı vicdan əzabı, bacısının isə içindəki dilsiz ağrının plastik və vizual təcəssümüdür. Hər şeyi kənardan sakit şəkildə izləyən kişinin neytral mövqeyi isə bu dünyanın səssiz çığırtısına çevrilir.

Bu əsər bir-birinə toxuna bilməyən, bir-birini bağışlaya bilməyən insanların tragik çarəsizliyini ifadə edir.

"Ananın bətnində başlayan o zəncir heç vaxt qırılmır... Ananın bədbəxtliyi qızın bədbəxtliyinə çevrilir.” Tamaşa, hər kəsi öz daxili məhkəməsinə və ruhunun ən qaranlıq otaqlarına baxmağa dəvət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri