Icma.az
close
up
RU
Milli yığmada cavanlaşma söhbəti olmamalıdır

Milli yığmada cavanlaşma söhbəti olmamalıdır

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanın Futbol üzrə Milli Komandası son qarşılaşmalarda ard-arda məğlubiyyətlərlə üzləşib. Milli komandamız Haiti ilə qarşılaşmada "3:0", Belarusla qarşılaşmasında isə "2:0" hesabı ilə məğlub olub. Bu isə azərbaycanlı azerşkeşləri, futbol həvəskarlarını məyus edib. 

Millinin baş məşqçisi Fernando Santuş isə qalib gəlmək üçün komandanın əllərindən gələni etdiyini bildirib.

"Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanıram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik", - o, son oyundan sonra bildirib.

Qeyd edək ki, Santuş baş məşqçi təyin edildən sonra Azərbaycan millisi 8 oyun keçirib, onların 7-sində məğlub olub, biri isə qolsuz başa çatıb.

Məhz bu komandanın başçısının istefa edib-etməyəcəyi ilə bağlı məsələni gündəmə gətirib.

Modern.az-a açıqlamasında futbol mütəxəssisi Ağasəlim Mircavadov bildirib ki, iki oyunla məsələ həll olunmur:

"Baş məşqçini dəvət ediblər, onunla kontrakt imzalanıb. Müqavilə 2028-ci ilə qədər etibarlıdır. Deməli, ortada inam var. Bizdə başqa cür yanaşma var, bir-iki oyunla istəyirik ki, məşqçini saxlayaq, ya da çıxaraq. Bu, belə olmur. Məşqçini dəvət edəndə onun hansı uğurlarının olub-olmadığı hərtərəfli müzakirə olunmalıdır. Adlı-sanlı məşqçidir, söz yox. Lakin bizdə adlı-sanlı məşqçilər əvvəllər də olub. Məşqçi əsas olaraq klublarla iş görməlidir. Oyunçular klublardan gəlir. Mən bilmirəm belə olub, ya yox, amma baş məşqçi gələndə klub başçıları ilə toplantı olmalıydı. Deməliydi ki, mən belə oyun oynamaq istəyirəm, xahiş edirəm klublarda oyunçulara fikir bildirmək lazımdı. Avropada ola bilər ki, bu yoxdur. Amma gəlin belə danışaq, biz hələ Avropaya uyğunlaşa bilmirik. Ona görə bizə başqa üsullar da lazımdır. Söhbət bundan gedir. Baş məşqçi klublarla həddindən artıq sıx əlaqədə olmalıdır. Belarus milli komandası ilə qarşılaşmada gənc orta xətt buraxdı oyuna. Ümumiyyətlə, məncə yığmada cavanlaşma söhbəti olmamalıdır. Avropada belə bir şey yoxdur, orada oyunçunun pasportuna yox, oyununa baxırlar. O, yığmanın kriteriyalarına cavab verirsə, dəvət olunur".

A.Mircavadov deyib ki, heyət təkmilləşdirilməlidir: "Son iki oyun qalıb. Heyəti təkmilləşdirməlidirlər. Son oyunlar bu komandalarla oynamaq lazımdır. Sentyabrda çıxacağı heyətlə oynamalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri