Icma.az
close
up
RU
“Millidə seçim imkanımız azdır, olanımız budur” Mircavadov

“Millidə seçim imkanımız azdır, olanımız budur” Mircavadov

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Millidə seçim imkanımız azdır, olanımız budur” - Mircavadov

“Yaxşı haldır ki, məqsəd ancaq birinci olmaq və C liqasına yüksəlməkdir. İndi onun icrası lazımdır. İndiki halda oyuna çox önəm vermək, bu haqda danışmaq lazım deyil. Əsas nəticədir.  Qarşıdakı iki oyun bizim üçün nəticə baxımından çox önəmlidir”.

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

- Azərbaycan millisinin UEFA Millətlər Liqasının növbəti turunda Lixtenşteynlə keçiriləcək matçı, Litva ilə heç-heçəsi (1:1) haqda nə düşünürsünüz?

- Fikirləşməməliyik ki, Lixtenşteyn zəifdir, hamıya uduzur. Fikir ancaq öz oyunumuzu inkişaf etdirmək, oyun konsepsiyasını daha da artırmaq və heyəti təkmilləşdirməkdən ibarət olmalıdır. Qələbə isə mütləq lazımdır ki, futbolçularımızda inam yaransın. Lixtenşteyn üzərində qələbə çox şeyi həll edə bilər: inam, qalib ruhu və lazım olan xallar.

Litvadakı oyun göstərdi ki, komandamızda problemlər var. Bunlar həll oluna biləcək məsələlərdir. Bu, əsasən millinin bir çox üzvünün klubunda az oynaması ilə bağlıdır. Topla işləmələrində və xətlər arasındakı əlaqələrdə bunun şahidi olduq. Amma indiki halda olanımız budur. Məncə, nə qədər yaxşı futbolçumuz varsa, milliyə yığılıb. Onu da bilirəm ki, iş gedir. Litva ilə görüşdə qol vəziyyətimiz çox az oldu. Rəqibdə də çox olmadı”.

- Lixtenşteynə qalib gəlmək millimizə nə verə bilər?

- İlk növbədə Lixtenşteynə qalib gəlməliyik. Bu, böyükhesablı qələbə olsa, lap yaxşı olar. Çünki indi millimizdə xoş əhvalın yaranmasına ehtiyac var. Bunun üçün birlik lazımdır. Mən bu birliyi millidə görürəm. Futbolçuların bir-birinə, baş məşqçiyə hörmətini hiss edirik. Amma futbolçuların oyun təcrübəsindən əziyyət çəkdiyini də görürük. Bizdə çempionat avqust ayında başlayıb və artıq oktyabr ayı çatıb. Az vaxt deyil. Amma 1-2 futbolçunu çıxmaq şərtilə digərlərinin oyun dəqiqələri çox az olub. Tək oynamaq yox, həm də klubunda lider olan oyunçuların azlığını görürük.

- Millimizin istənilən oyunu sərgiləməməsi də tənqid edildi.

- Oyunu düzəltmək üçün vaxt lazımdır. Bu, 1-2 aya düzəlmir. Bizdə isə hazırda vaxt yoxdur. Hansısa klubdan eyni xətdən 2-3 oyunçu gələndə millinin baş məşqçisi üçün asan olur. Məsələn, bizdə ortada Aleksey İsayevlə Abdulla Xaybullayevin oyunu yaxşı alınırdı. Top saxlaya bilirdilər. Amma digər xətlərdə bunu görmürük. Bu heyət bir neçə dəfə ardıcıl oynamalıdır ki, futbolçular baş məşqçinin taktikasını yerinə yetirsinlər. Şəxsən mən millimizə, baş məşqçi Ayxan Abbasova inanıram. Qələbələrimiz olacaq. Millidə lider oyunçuların az olmasına görə baş məşqçi Ayxan Abbasov qınanmamalıdır. Millidə kimlər oynaya bilərsə, hamısını dəvət edib. Ölkə xaricində də kimlər varsa, çağırıb. Həm də Ayxan Abbasov seçimlərə indi yox, iyun ayından başlayıb. Yığmamızda artıq oyunçu da yoxdur.

- Millimizin hazırkı heyətinin zəif olduğunu düşünürsünüz?

- Bəli, hazırda millinin heyəti elə də güclü deyil. Əvvəllər daha yaxşı heyət olurdu. Onu da bilirik ki, seçim imkanımız azdır, olanımız budur. Hələ ki, aşağı yaş qruplarından 1-2 oyunçunu çıxmaq şərtilə elə futbolçu da yoxdur ki, əsas milliyə namizəd olsun. U-21-də az da olsa belə oyunçular var. Məndə var adları, amma istəmirəm deyim. Çünki futbolçu başını aşağı salıb oyununu oynasa yaxşıdır. Onlara güvənmək lazımdır. Bu da millidə yox, klubda olur. Millidə baş məşqçi futbolçudan istifadə edir. Futbolçunun potensialını açan isə klubdakı məşqçisidir”.

Ramiq Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Sentyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri