Icma.az
close
up
RU
Millimiz Moldovaya uduzdu

Millimiz Moldovaya uduzdu

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub. Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatıb.

U-19 millimizin heyəti: 22. Ayxan Əlizadə (Aftandil Arıxov, 46), 4. Məsud Əlişanlı, 5. Əli Nəbizadə (Vüsal Paşayev, 46), 6. Emin Feyzullayev (Hikmət Cəbrayılzadə, 46), 7. Əli Qurbanov, 9. Toğrul Tapdıqlı (Arzu Mədətov, 46), 14. Ömər Kərimov (Nihad Orucəli, 46), 15. Murad Mustafayev (Ömər Həsənli, 46), 16. Həsən Mahmudov (Rəşad Alışov, 46), 19. Eltun Babazadə (Babamirzə Mehdiyev, 65), 20. Əmir Əliyev.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qol.az
archiveBu xəbər 22 Mart 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri