Icma.az
close
up
RU
Millimizin baş məşqçisi: “Çempionatda ən yaxşıları seçib Olimpiadaya hazırlaya biləcəyik

Millimizin baş məşqçisi: “Çempionatda ən yaxşıları seçib Olimpiadaya hazırlaya biləcəyik

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycanın çimərlik güləşi millisinin baş məşqçisi Oyan Nəzəriani ölkə çempionatında iştirakçı sayının yüksək olacağına, ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəklərinə ümid edir.

İdman.biz xəbər verir ki, mütəxəssis bunu “Report”a açıqlamasında bildirib.

O, komandanı hazırlamaq məqsədilə ölkənin müxtəlif şəhərlərindən və rayonlarından güləşçilər cəlb ediləcəyini vurğulayıb: “Bu yaşda güləşçilər arasında ilk çempionat deyil. Daha əvvəl də 17 və 20 yaşadək güləşçilər, həmçinin böyüklər arasında belə çempionat keçirilib. Bu il yarışı daha tez təşkil etməyimizə səbəb odur ki, gələn il yeniyetmələr arasında Yay Olimpiya Oyunları keçiriləcək. Hansı ki, çimərlik güləşi də bu oyunlara daxildir. Komandanı hazırlamaq məqsədilə ölkənin müxtəlif şəhərlərindən, rayonlarından güləşçilər cəlb edib bu çempionatı keçirəcəyik. Ümid edirik ki, iştirakçı sayı kifayət qədər yüksək olacaq və biz ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəyik”.

O, qarşıdan gələn dünya çempionatına qədər yeniyetmələrin heyətində dəyişiklik ola biləcəyini də istisna etməyib: “Sentyabrda 17 yaşadək çimərlik güləşçilərinin dünya çempionatı keçiriləcək. Daha əvvəl bu yaşda olanların Avropa çempionatında dörd çəki dərəcəsində iki qızıl, bir bürünc medal qazanmışdıq. Qızıl medalların əyarına görə birinci idik. Sadəcə, bir çəkidə uğursuzluq yaşandığı üçün komanda yarışında dördüncü olduq. Dünya çempionatında yeni uşaqlardan istifadə edə bilərik. Lakin böyüklərin heyətində, çox güman, dəyişiklik olmayacaq. Çünki böyüklər arasında dünya çempionatı bir neçə mərhələdən ibarətdir və güləşçilər artıq bunların ikisində iştirak ediblər. Yeniyetmələrin durumuna görə dünya çempionatınadək heyətdə dəyişiklik edilə bilər”.

Qeyd edək ki, Azərbaycan çempionatı iyulun 16-17-də təşkil olunacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 İyul 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri