Millimizin oyununda gərginlik Əhmədovun idarəçiliyi monteneqroluları narazı saldı
Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisinin 21 yaşadək futbolçuları yoldaşlıq görüşündə Monteneqrodan olan həmyaşıdları ilə üz-üzə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Sumqayıtda keçirilən və qolsuz başa çatan (0:0) görüşdən sonra xoşagəlməz hadisə yaşanıb. Belə ki, monteneqrolu futbolçular qarşılaşmanın baş hakimi Rəşad Əhmədovun final fitindən sonra onun idarəçiliyindən narazı qaldıqlarını ifadə ediblər. Bu zaman millimizin üzvləri ilə monteneqrolu futbolçular arasında gərginlik yaşanıb.
Hər iki komandanın məşqçilər heyətinin müdaxiləsindən sonra futbolçular arasındakı davanın qarşısı alınıb.
Baxış sayı:67
Bu xəbər 08 İyun 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















