Millimizin oyununda türk hakim
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kişi basketbolçular arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsinin Kosovo – Azərbaycan matçının hakimləri bəlli olub.
İdman.biz xəbər verir ki, bu gün Priştinada keçiriləcək oyuna üç ölkədən olan ədalət təmsilçiləri təyinat alıblar.
Görüşü Stilianos Simeonidis (Yunanıstan), Mehmet Şahin (Türkiyə) və Mladen Luçiç (Monteneqro) idarə edəcəklər. Qarşılaşmada komissar funksiyasını Vlado Svetkovski (Şimali Makedoniya) yerinə yetirəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
İdman.biz

Ruslan Qurbanov: Hakim millimizin oyununda klounluq edirdi
15 Oktyabr 2025 17:06
Millimizin oyununda qazaxıstanlı hakimlər
11 Oktyabr 2025 16:27
Millimizin rəqiblərinin oyununda 5 qol
12 Dekabr 2024 15:47
Millimizin oyununda operatorun kadrları diqqət çəkdi VİDEO
09 Aprel 2025 10:02

