Millimizin üzvü Azərbaycanı tərk etməyi planlaşdırır rumınlar ondan əl çəkmir
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan milli komandasının qapıçısı Rza Cəfərov qışda “Neftçi”ni tərk edəcək.
Sportal.az saytına verilən məlumata görə, gənc qolkiper legioner həyatı yaşamağa üstünlük verəcək.
Belə ki, “Dinamo”(Buxarest) ondan hələ də əl çəkmək fikrində deyil. Rumıniya klubu qışda onu icarəyə götürmək üçün “Neftçi”ni razı salmağa çalışacaq.
Əslində, rumınlar Rza ilə yayda müqavilə imzalamaq istəsə də, sonda bu keçid baş tutmamışdı. Bundan savayı, millimizin qapıçısının “Traktor”a keçidi də baş tutmamışdı. “Araz-Naxçıvan”, “Qəbələ” və “Kəpəz” də qolkiperin xidmətində maraqlıdır. Hər üç klub da qışda Rza üçün yenidən təklif irəli sürəcək.
Baxış sayı:27
Bu xəbər 24 Sentyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















