Millinin baş məşqçisi: Səfərə aparacağımız oyunçuların bir neçəsi gənclərdir
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"VI İslam Həmrəyliyi Oyunları Azərbaycan futzal millisinin təcrübə qazanması baxımından əhəmiyyətlidir". Sport24.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Yevgeni Kukseviç deyib.
Rusiyalı mütəxəssis səfərə aparılacaq oyunçuların bir çoxunun gənc olduğunu söyləyib:
"Rəqibləri tanıyıram, hamısı əsas heyətlə gələcəklər. Ona görə də güclü komandalara qarşı oynayacağımızı deyə bilərəm. Şans barədə bir söz deyə bilmərəm. Bu turnir komandamızın təcrübə qazanması baxımından əhəmiyyətlidir. Bilirsiniz ki, heyətdə müəyyən dəyişikliklər var. Səfərə aparacağımız oyunçuların bir neçəsi gənclərdir. Onların beynəlxalq oyunlar keçirməsi gələcəkdə işimizə yarıyacaq".
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi Liviya, Özbəkistan və Səudiyyə Ərəbistanı komandaları ilə qarşılaşacaq.
Baxış sayı:79
Bu xəbər 27 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















