Millinin oyunçusu: “Qrupdan üzağ, alnıaçıq çıxacağımıza inanıram”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çexiya yığması ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan millisi hazırlığını Zlin şəhərində davam etdirir.
Futbolpress.az xəbər verir ki, dünən ilk məşqinə çıxan komandamız bu gün oyunöncəsi son çalışmasını yerinə yetirəcək. Komandanın üzvü Oktay Rüstəmli oyunlara hazırlığı haqda Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Sentyabrın 10-dan milli komanda təlim-məşq toplanışına başlayıb. Əvvəlcə Bakıda hazırlaşdıq. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verildi, daha sonra taktiki planda təmrinləri yerinə yetiririk. Dünən isə Zlin şəhərinə gəldik. Bu hazırlıq Çexiya ilə keçirəcəyimiz yoldaşlıq oyunları üçündür. Əlbəttə, yoldaşlıq oyunları olsa da, meydana millinin formasında çıxacağıq və belədə məqsədimiz matçın statusundan asılı olmayaraq qələbə qazanmaqdır. Hələ ki, futzal mövsümünün əvvəli olduğuna görə, hər kəs formasının pik səviyyəsində deyil. Müəyyən axsamalar var, amma bunlar tədricən aradan qaldırılacaq.
Komandada ab-hava yaxşıdır. Hər birimiz özümüzə və komandamıza inanırıq. Meydanda da bu inamın verdiyi ruh yüksəkliyi ilə mübarizə aparacağıq. Sentyabrın 19-da və 20-də Çexiya ilə keçirəcəyimiz matçların mahiyyətini başa düşürük. Əsas tapşırıq baş məşqçinin verəcəyi tapşırıqları mümkün qədər səhvsiz yerinə yetirmək olacaq. Çünki bizi dekabrdan başlayaraq AVRO-2026-nın seçmə oyunları gözləyir. Rəqiblərimiz bəllidir. Hər birinin məqsədi var, biz də final mərhələsinə yollanmaq niyyətindəyik.
Seçmə mərhələdəki rəqiblərimiz heç də zəif komandalar deyillər. Xorvatiya millisi favorit hesab olunur. Ancaq futzal elə idman növüdür ki, nəticəni əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Qrupdan üzağ, alnıaçıq çıxacağımıza inanıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 10 Sentyabr 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















