Millinin qapılarını möhkəm açan Xəyal Əliyev Ayxan Abbasovla gələn yeni dalğa
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəyal Əliyev ölkə futbolunda geniş təqdimata ehtiyacı olmayan futbolçudur. Gənc olmasına baxmayaraq, "Sabah"dakı çıxışları, bu komandanın heyətində xüsusən bəzi avrokubok matçlarında sərgilədiyi oyunla xoş fikirlər yaradıb barəsində.
Milli komandaya təzə-təzə ayaq açır. O, ilk dəfə Santuşun dönəmində milliyə çağırılsa da, rəsmi oyunlara Ayxan Abbasovun rəhbərliyi altında çıxdı. Əvvəlcə İslandiyaya qarşı, ardından da Fransaya. Hər iki oyunda start heyətində yer aldı.
Son vaxtlar "Sabah"da əvvəlki qədər şans almasa da, millinin heyətində çox istəkli görünürdü. Kreativliyi, pressinq etmək bacarığı və digər müsbət keyfiyyətləri ilə seçilən Xəyalın çatışmayan cəhəti bəzən yanlış qərarlar verməsidir. Amma ümumən potensialı böyükdür. Artırdıqca artırmaq imkanlarına sahib futbolçudur. 21 yaşı olduğunu nəzərə alsaq, millimizə hələ çox köməyinin dəyəcəyini ehtimal edə bilərik.
Ayxan Abbasovun gəlişi ilə üzünə millinin qapıları açılan futbolçulardan Abdulla Xaybullayevi, Rüfət Abbasovu, Mustafa Əhmədzadəni də qeyd etməliyik. Bu gənc futbolçular da millidəki baş məşqçi dəyişikliyindən sonra rəsmi matçlarda oynamaq şansı qazanıblar.
Millimizin gələcəyinə skeptik yanaşsaq da, vəziyyət düşündüyümüz qədər ümidsiz deyil. Ən azından belə gənclər hesabına gələcəkdə döyüşkən kollektiv yaratmaq mümkündür. Əsas odur ki, inkişafdan qalmasınlar, üzərilərində çalışsınlar.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















