Millinin sabiq futbolçusu klub prezidenti oldu
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyev klub prezidenti olub.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Şahdağ Qusar”a rəhbər təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əmirquliyev futbolçu kimi ötən mövsüm “Şahdağ Qusar”la II Liqanın qalibi olub.

