Icma.az
close
up
RU
MilMuğan bölgəsində payız yağışı əkin sahələrində çıxışa müsbət təsir edib reportaj AZƏRTAC

MilMuğan bölgəsində payız yağışı əkin sahələrində çıxışa müsbət təsir edib reportaj AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmişli, 3 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Son günlər Mil-Muğan bölgəsində müşahidə edilən intensiv yağıntılar mövsumi bitkilərə çox faydalı olub. Yağan yağışlar taxıl və otlaq sahələrinə can verib. Fermerlər deyir ki, yağıntnın gələcəkdə bol məhsulla bərabər, həm də maldarlığın yem bazasına müsbət tərəfləri var.

AZƏRTAC-ın bölgə müxbiri fermerlərlə həmsöhbət olaraq onların fikirlərini öyrənib.

El arasında deyilir ki, payız mövsümündə, əsasən də taxıl səpini vaxtı düşən yağıntılar ruzi-bərəkət sayılır və məhsulu birə min artırır. İmişlidə son günlər yağan yağışlar fermerləri sevindirib. Çünki yağışlar taxıl sahələrində həm çıxış suyu rolu oynayır, həm də torpağa verilən gübrələrin parçalanmasında əhəmiyyət daşıyır. Bu il taxıl əkən fermer Həsən Zahidov bildirir ki, növbəti ildə hədəfləri yüksəkdir, həm taxıl sahələrindən, həm də təkrar əkin aparılan yerlərdən. “Arpa sahələrində sentyabr ayında səpin aparmışıq, daha sonra isə oktyabr ayında buğda səpmişik. Taxıl sahələrində çıxış vaxtı düşən yağıntılar çox faydalı hesab edilir. Çünki yağıntılar, ilk növbədə, torpaqda olan çatları örtür və toxumun cücərməsi sürətlə gedir. Eyni zamanda, yağıntı sahələr üçün çıxış suyu sayılır, bir toxumdan 4-5 ədəd zoğun çıxmasına təkan verir. Ötən il 15 hektarlıq sahədən 54 sentner məhsul götürdük. Həmin yerdə isə təkrar olaraq silosluq qarğıdalı əkərək 54 ton məhsul yığa bildik. Bu il yağıntların intensiv olması daha çox məhsul əldə edəcəyimizə ümüd verir və hədəfimiz taxıl sahələrində məhsuldarlığı 80 sentnerə, qarğıdalı sahələrində isə 80 tona çatdırmaqdır. Havanın temperaturunun 15-17 dərəcə olması və yağıntının düşməsi təkcə taxılçılıqda deyil, həm də heyvandarlıq üçün nəzərdə tutulan otlaq sahələrinə də müsbət təsir edir. Adətən, bu aylarda heyvandarlıqda yem bazarı kimi yaz fəslindən tədarük olunan ot və ya yoncadan istifadə edilir. Lakin optimal hava tempraturu və düşən yağıntılar çöl sahələrindəki otlaq sahələrinin yenidən yaşıllaşmasına yol açır və bu da münbit yem bazası yaradır. Nəticədə heyvanların örüşdə otarılmasına imkan yaranır. Eyni zamanda, ot bağlamalarının da ucuzlaşması müşahidə edilir”.

Uzun illərdir taxılçılıqla məşğul olan İmdad Məhərrəmov da bol məhsul götürəcəyinə ümid edir. O deyir ki, yağış təbii suvarma rolu oynayır və torpaq qatı bərabər şəkildə su içir: “Payız vaxtı yağış suyu ilə çıxış alınması qədim vaxtlardan el arasında bol məhsul götürüləcəyinə işarə kimi sayılıb. Mil-Muğan bölgəsində də taxıl səpini zamanı yağan yağıntılar biz fermerləri çox sevindirir. Əkin zamanı lazımi aqrotexniki qaydalara riayət olunur və müəyyən gübrələrdən istifadə edilərək suvarma aparılır. Lakin süni suvarmada bir çox hallarda relyefə görə sahələr tam bərabər su qəbul edə bilmir. Lakin təbii suvarma sayılan bu yağıntılar torpağa verilən gübrələrin parçalanmasında və bitkilərin bərabər qaydada su içməsinə təsir edir və torpaq qatında çatları örtərək buğdanın hava çəkməsinin qarşısını alır”.

Fermer yağışın maldarlığa faydalarından da danışıb: “Mil-muğan düzü həm də qışlaq otlağı sayılır. Burada mövcud olan heyvandarlıq təsərrüfatı üçün bu yağıntı ruzi-bərəkət sayılır. Belə deyək ki, yaylaqda olan heyvanlar əsasən təbii ot örtüyü ilə qidalanır. Qış vaxtlarında isə mal-qara qışlaq otlaqlarına gətirilir. Heyvanlar saxlanc yerində bəslənməklə yanaşı, həm də çöllərdə otarılır. Oktyabr-noyabr aylarında düşən yağıntılar isə örüş sahələrindəki yem bazasını müsbət təsir etdiyi üçün mal-qaranın daha çox çöllərdə otarılmasına fürsət yaranır. Bir sözlə, payız yağışı maldarlıqda olan xərcləri də azaldır. Heyvanlar örüşdən qayıdan zaman tox olduğu üçün artıq tayalara yığılan ot bağlamalarından istifadə edilmir və həmin yem bazası qışın sərt aylarında ehtiyat mənbəyi kimi fermerlərin işinə yarayır”.

İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Eldar Bədirxanov bildirir ki, rayon ərazisində bu günə kimi 15718 hektar sahədə şum işləri yerinə yetirilib. 4137 hektar sahədə payzılıq buğda, 5713 hektar sahədə isə payızlıq arpa əkilib. Payız yağışı səpin aparılan sahələrdə çıxışa müsbət təsir edib.

Qeyd edək ki, Mil-Muğan bölgəsində, o cümlədən İmişli rayonunda pazız mövsümündə yağıntların miqdarı ötən illərə nisbətən daha çox olub və əsasən də səpin vaxtına təsadüf edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri