Icma.az
close
up
RU
MilMuğan bölgəsində payız yağışı əkin sahələrində çıxışa müsbət təsir edib reportaj VİDEO AZƏRTAC

MilMuğan bölgəsində payız yağışı əkin sahələrində çıxışa müsbət təsir edib reportaj VİDEO AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İmişli, 3 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Son günlər Mil-Muğan bölgəsində müşahidə edilən intensiv yağıntılar mövsümi bitkilərə çox faydalı olub. Yağan yağışlar taxıl və otlaq sahələrinə can verib. Fermerlər deyir ki, yağıntının gələcəkdə bol məhsulla bərabər, həm də maldarlığın yem bazasına müsbət tərəfləri var.

AZƏRTAC-ın bölgə müxbiri fermerlərlə həmsöhbət olaraq onların fikirlərini öyrənib.

El arasında deyilir ki, payız mövsümündə, əsasən də taxıl səpini vaxtı düşən yağıntılar ruzi-bərəkət sayılır və məhsulu birə min artırır. İmişlidə son günlər yağan yağışlar fermerləri sevindirib. Çünki yağışlar taxıl sahələrində həm çıxış suyu rolu oynayır, həm də torpağa verilən gübrələrin parçalanmasında əhəmiyyət daşıyır. Bu il taxıl əkən fermer Həsən Zahidov bildirir ki, növbəti ildə hədəfləri yüksəkdir, həm taxıl sahələrindən, həm də təkrar əkin aparılan yerlərdən. “Arpa sahələrində sentyabr ayında səpin aparmışıq, daha sonra isə oktyabr ayında buğda səpmişik. Taxıl sahələrində çıxış vaxtı düşən yağıntılar çox faydalı hesab edilir. Çünki yağıntılar, ilk növbədə, torpaqda olan çatları örtür və toxumun cücərməsi sürətlə gedir. Eyni zamanda, yağıntı sahələr üçün çıxış suyu sayılır, bir toxumdan 4-5 ədəd zoğun çıxmasına təkan verir. Ötən il 15 hektarlıq sahədən 54 sentner məhsul götürdük. Həmin yerdə isə təkrar olaraq silosluq qarğıdalı əkərək 54 ton məhsul yığa bildik. Bu il yağıntıların intensiv olması daha çox məhsul əldə edəcəyimizə ümid verir və hədəfimiz taxıl sahələrində məhsuldarlığı 80 sentnerə, qarğıdalı sahələrində isə 80 tona çatdırmaqdır. Havanın temperaturunun 15-17 dərəcə olması və yağıntının düşməsi təkcə taxılçılıqda deyil, həm də heyvandarlıq üçün nəzərdə tutulan otlaq sahələrinə də müsbət təsir edir. Adətən, bu aylarda heyvandarlıqda yem bazarı kimi yaz fəslindən tədarük olunan ot və ya yoncadan istifadə edilir. Lakin optimal hava temperaturu və düşən yağıntılar çöl sahələrindəki otlaq sahələrinin yenidən yaşıllaşmasına yol açır və bu da münbit yem bazası yaradır. Nəticədə heyvanların örüşdə otarılmasına imkan yaranır. Eyni zamanda, ot bağlamalarının da ucuzlaşması müşahidə edilir”.

Uzun illərdir taxılçılıqla məşğul olan İmdad Məhərrəmov da bol məhsul götürəcəyinə ümid edir. O deyir ki, yağış təbii suvarma rolu oynayır və torpaq qatı bərabər şəkildə su içir: “Payız vaxtı yağış suyu ilə çıxış alınması qədim vaxtlardan el arasında bol məhsul götürüləcəyinə işarə kimi sayılıb. Mil-Muğan bölgəsində də taxıl səpini zamanı yağan yağıntılar biz fermerləri çox sevindirir. Əkin zamanı lazımi aqrotexniki qaydalara riayət olunur və müəyyən gübrələrdən istifadə edilərək suvarma aparılır. Lakin süni suvarmada bir çox hallarda relyefə görə sahələr tam bərabər su qəbul edə bilmir. Lakin təbii suvarma sayılan bu yağıntılar torpağa verilən gübrələrin parçalanmasında və bitkilərin bərabər qaydada su içməsinə təsir edir və torpaq qatında çatları örtərək buğdanın hava çəkməsinin qarşısını alır”.

Fermer yağışın maldarlığa faydalarından da danışıb: “Mil-Muğan düzü həm də qışlaq otlağı sayılır. Burada mövcud olan heyvandarlıq təsərrüfatı üçün bu yağıntı ruzi-bərəkət sayılır. Belə deyək ki, yaylaqda olan heyvanlar əsasən təbii ot örtüyü ilə qidalanır. Qış vaxtlarında isə mal-qara qışlaq otlaqlarına gətirilir. Heyvanlar saxlanc yerində bəslənməklə yanaşı, həm də çöllərdə otarılır. Oktyabr-noyabr aylarında düşən yağıntılar isə örüş sahələrindəki yem bazasını müsbət təsir etdiyi üçün mal-qaranın daha çox çöllərdə otarılmasına fürsət yaranır. Bir sözlə, payız yağışı maldarlıqda olan xərcləri də azaldır. Heyvanlar örüşdən qayıdan zaman tox olduğu üçün artıq tayalara yığılan ot bağlamalarından istifadə edilmir və həmin yem bazası qışın sərt aylarında ehtiyat mənbəyi kimi fermerlərin işinə yarayır”.

İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Eldar Bədirxanov bildirir ki, rayon ərazisində bu günə kimi 15718 hektar sahədə şum işləri yerinə yetirilib. 4137 hektar sahədə payızlıq buğda, 5713 hektar sahədə isə payızlıq arpa əkilib. Payız yağışı səpin aparılan sahələrdə çıxışa müsbət təsir edib.

Qeyd edək ki, Mil-Muğan bölgəsində, o cümlədən İmişli rayonunda payız mövsümündə yağıntıların miqdarı ötən illərə nisbətən daha çox olub və əsasən də səpin vaxtına təsadüf edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri