Icma.az
close
up
RU
“Vətəndaşlardan əlavə xidmət haqqı alınması Konstitusiyaya ziddir” “Bunun həlli yolu əlavə ödəniş almaq deyil...”

“Vətəndaşlardan əlavə xidmət haqqı alınması Konstitusiyaya ziddir” “Bunun həlli yolu əlavə ödəniş almaq deyil...”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qanunun 14-cü maddəsində qeyd olunur ki, dövlət xidmətlərinin göstərilməsi üçün müəyyən hallarda və məbləğdə dövlət rüsumu və ya xidmət haqqı tutulur. Bu il ‘Konstitusiya ili’dır və əgər biz 14-cü maddəni bu formada qəbul etsək, bu, birbaşa Konstitusiyaya zidd olacaq”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət xidmətləri haqqında” qanun layihəsinin ikinci oxunuşunda çıxışı zamanı səsləndirib.

Deputat əlavə edib ki, “Dövlət rüsumu haqqında” qanun bu məsələni artıq aydın şəkildə tənzimləyir: “Azərbaycan Respublikasında “Dövlət rüsumu haqqında” qanun var və həmin qanunun birinci maddəsində dövlət rüsumunun anlayışı konkret göstərilir. Yəni dövlət rüsumu - dövlət orqanları və ya müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələr doğuran xidmətlərə görə ödənilən haqqdır. Heç bir fiziki və ya hüquqi şəxs, bu səlahiyyətlər onlara qanunla verilmədiyi halda, dövlətin adından belə rüsum toplaya bilməz”.

Qüdrət Həsənquliyev Konstitusiyanın 73-cü maddəsinə də istinad edib: “Konstitusiyanın 73-cü maddəsinə uyğun olaraq, dövlət orqanları və onların tabeliyindəki qurumlar qanunla müəyyən edilməmiş əsaslar olmadan əlavə vergilər və ya ödənişlər müəyyən edə bilməzlər. Yalnız “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan hallar istisnadır”.

Deputat bildirib ki, dövlət rüsumu artıq göstərilən xidmətlərə görə ödənişdir və bu anlayışın üzərinə əlavə “xidmət haqqı” əlavə etmək doğru deyil: “Əgər dövlət orqanı göstərdiyi xidmətə görə əlavə haqq alacaqsa, bu artıq kommersiya fəaliyyəti sayılır. Belə olan halda, həmin orqan vergilərə cəlb edilməlidir. Mən başa düşürəm, dövlətin maliyyə ehtiyacları var. Amma bunun həlli yolu vətəndaşlardan əlavə ödəniş almaq deyil. Əksinə, biz mülkiyyətin toxunulmazlığını və qanunun aliliyini təmin etməli, əlverişli biznes və investisiya mühiti yaratmalıyıq ki, iqtisadiyyat inkişaf etsin, büdcə gəlirləri artsın və dövlət orqanlarını büdcədən lazımi səviyyədə maliyyələşdirə bilək”.

Qüdrət Həsənquliyev vurğulayıb ki, dövlət orqanlarının göstərdiyi xidmətlərə görə vətəndaşlardan əlavə xidmət haqqı alınması Konstitusiyaya ziddir və buna görə də 14-cü maddənin bu formada qəbuluna səs verilməməlidir.

Deputat həmkarı Ziyafət Əsgərovun çıxışına da münasibət bildirib: “Hörmətli Ziyafət müəllim yəqin ki, mənim çıxışımı diqqətlə dinləmədi. Mən xüsusi vurğuladım ki, “Dövlət rüsumu haqqında” qanunun 1-ci maddəsinin 1 və 2-ci bəndlərində Konstitusiyanın 73-cü maddəsinə istinad olunur. Əgər məsələ Konstitusiya ilə tənzimlənibsə, Ziyafət müəllimdən xahiş edirəm, bir daha baxsın”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri